Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda korrupsiya daha da genişlənəcək”

13.03.18, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “Çox keçməz, kabinetlərdə silahlar işə düşər”

Qabil Hüseynli: “Ermənistanda qarışıqlıq olacaq”


Serj Sarkisyan prezident kimi Ermənistana nə veribsə, baş nazir postunda da onları verməkdə davam edəcək. Bu fikri millət vəkili Musa Qasımlı deyib. Deputat bildirib ki, Sarkisyan prezident olarkən xalqına verdiklərinin, yəni işsizlərin, vətəndaşlıqdan imtina edənlərin, bir tikə çörək dalınca çıxıb gedənlərin, orduda ölənlərin, hüququ pozulanların, həbsxanalara atılanların sayı artacaq, korrupsiya daha da genişlənəcək: “Hakimiyyətə yeni gələn prezident zəif, ələbaxan, Serj Sarkisyanın özü isə iddialı olduğundan Ermənistanda hakimiyyətin qanadları arasında uçurum genişlənəcək, ümumi böhran daha da dərinləşəcək”. Deputat sonda əlavə edib ki, çox keçməz, kabinetlərdə silahlar işə düşər.
Politoloq Qabil Hüseynli isə vurğulayıb ki, Serj Sarkisyanın baş nazir postuna gəlmək istəyi böyük gərginliyə səbəb olacaq: “Elə indidən bu gərginliyə səbəb olmaqdadır”. Politoloq qeyd edib ki, xalq Qarabağ klanını hakimiyyətdə istəmir və onun tamamilə ölkənin ictimai-siyasi həyatından uzaq olmasını istəyir: “Digər tərəfdən isə Serj Sarkisyan bir dəfə demişdi ki, onun nə prezident, nə də baş nazir kürsüsündə gözü yoxdur. Sarkisyanın baş nazir olmaq istəyi onun xalqına qarşı qeyri-ciddi olduğunu göstərir”. Politoloqun fikrincə, bütün bu faktorlar həm müxalifəti, həm də xalqı qəzəbləndirir: “Serj Sarkisyan bunu istəyərsə, ölkədə ciddi qarışıqlıq olacaq”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)