Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Klassik riyakarın məktubları...

13.03.18, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Niyaməddin Orduxanlı Vidadi İsgəndərlinin hansı mənəviyyat sahibi olduğunu açıqladı

BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı son zamanlar Fransada yaşayan və insanları açıq şəkildə təhqir edən Vidadi İsgəndərli ilə bağlı BayMedia-ya açıqlama verib.
Niyaməddin Orduxanlının sözlərinə görə, Vidadi İsgəndərli növbəti dəfə "mənəviyyat dərsi" keçmək fikrinə düşüb və BAXCP lideri Qüdrət Həsənquliyev də daxil olmaqla çoxlu insanı təhqir edib: "Bu adamın hansı mənəviyyatın sahibi olduğunu Sizlərə deyəcəm. Vidadi özü etiraf edir ki, həbsdə olanda Qüdrət bəy ona həbsxanaya pul göndərirmiş. Allah da bilir ki, Qüdrət bəy pulu onun ailəsinə verirdi. Vidadinin heç yerdə işləməyən xanımı iki qız uşağı ilə köməksiz qalmışdı. Tutaq ki, Vidadi düz deyir. Darda olanda ona kömək etmiş bir adamı namussuz formada təhqir etmək hansı mənəviyyata sığır, ay mənəviyyatdan danışan rəzil məxluq. Ölüm ayağında olan qardaşın Qalib bəyi təcili yardımla Göyçaydan Bakıya kim gətizdirdi? Onun müalicə xərclərini kim ödədi?! Ay mənəviyyatdan danışan. Qüdrət bəyin qapısının ağzında boynunu burub dayanmışdın, onun qəbulunda başqa adam var idi. Salamlaşdıq, dedin ki, ölüncə Qüdrət bəyə borcluyam. Qalibə dedim ki, qızlarının ikisini də Qüdrət bəy işə düzəltdi, O da dedi ki, Vidadi sən ölüncə Qüdrət bəyə borclu olmalısan. Bundan sonra əllərini göyə qaldırıb ilahi çox şükür deyib, əbədi gözlərini yumdu. İndi ləyaqətsizcəsinə onu təhqir edirsən. Qüdrət bəy sənin anan, bacın və qardaşların haqqında həmişə xoş sözlər deyib. Qüdrət bəy əqidəsini satmışdısa, ata əvəzi dediyin İsfəndiyar bəy uzun müddət necə BAXCP İdarə Heyətinin üzvü olub. Onun oğlu Orxan uzun müddət Qüdrət bəyin köməkçisi olub. Onda belə çıxır ki, Qüdrət bəyə dediklərini böyük qardaşına da deyirsən. Bundan başqa necə kişisən ki, bu gün haqqında min söz dediyin Qüdrət bəydən xahiş edib, bacın qızını onun yanında işə düzəltmişdin. Qardaşın və bacın oğlunu kim işə düzəltmişdi?! Başqa qardaşının qızını kim işə düzəltmişdi və təhsil haqqını kim verirdi, əlbəttə Qüdrət bəy. Bu namussuzluğuna görə Allah cəzanı verib və bundan da ağırını verəcək!
Əqidə satmaqdan danışırsan. Həbsdən çıxandan sonra Əli Kərimlini niyə söyməyə başladın? Bahalı avtomobili hansı pullarla aldın? Elə bilirsən, camaat çörəyi qulağına yeyir? Bir gün şikayətə gəlmişdin ki, deputatlardan birinin bacısı Göyçayda danışır ki, Vidadi satılıb. Sən o qədər ləyaqətsiz adamsan ki, qardaşının yası üçün Qüdrət bəyin verdiyi pulu basıb yemişdin, qardaşının ailəsinə bir qəpik də verməmişdin. Biz bunu təsadüfən ailə üzvlərindən öyrəndik. Rəhmətlik Qalibin yoldaşı və qızları dəfələrlə Qüdrət bəyin yanına gəlib və o həmişə sənin ailənə kömək etmək üçün nə bacarıbsa edib. Qüdrət bəy həmişə insanlara ikinci şans verməyin tərəfdarı olub və ailənə görə sənə belə bir şans vermişdi, amma O hardan biləydi ki, sən türmədə artıq ləyaqətini itirmisən. Hansı ki, bunun səbəbini Mədət Quliyevdə gördüyündən bu gün onun da haqqında ağzına gələni danışırsan. Qüdrət bəy bu gün də təəssüf hissi keçirir ki, elə bir ailədən sənin kimi bir ləyaqətsiz çıxıb. Qohumlarının işdən çıxarılmasından danışırsan, özün də bilirsən ki, sən əxlaqsız davranışınla buna səbəb olmusan. Qüdrət bəyə qarşı çıxmağın isə onun səni otağından qovması ilə bağlıdır. O artıq bilirdi ki, sən rus agentisən və bunu bilən MTN səni ikili agent edib. Bu günkü söyüş sifarişlərini də keçmiş boslarından alırsan. Sən gərək başına güllə vurardın, amma Qüdrət bəyə qarşı bu əxlaqsızlığı etməzdin. Amma sən şərəfsiz yaşamağı ölümdən üstün tutdun...
P.S. Qüdrət bəydən soruşdum ki, Vidadi niyə bu cür ləyaqətsizlik edir? O zaman mənə onun türmədən göndərdiyi məktubları göstərib, nələr yazdığını göstərdi. Onun Qüdrət bəyə yazdığı məktubların şəklini çəkmişdim, siz də baxın, görün necə ləyaqətini itirmiş adamdır!

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)