Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda Bolqarıstanın Avropa İttifaqına sədrliyinə həsr olunmuş tədbir keçirilib

13.03.18, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Slavyan Universitetində Bolqarıstan Respublikasının Avropa İttifaqına sədrliyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.
Tədbirdə müxtəlif ölkələrin, eləcə də Avropa İttifaqı və Avropa Şurasının Azərbaycandakı səfirləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə foyedə Yel çərşənbəsi və Novruz bayramına həsr olunmuş sərgiyə baxış keçirib və konsert proqramını izləyiblər. Sonra qonaqlar BSU-nun Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olublar.
Rəsmi hissəni giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru Rafiq Novruzov Azərbaycanla Bolqarıstan arasındakı əlaqələrin 25 illik tarixindən söz açıb. O, ikitərəfli əlaqələrin daha da inkişaf etdirildiyini, xalqların bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını nəzərə çatdırıb. R. Novruzov BSU-nun hər iki ölkə arasında qurulan humanitar əlaqələrdə mühüm rola malik olduğunu deyib.
Bolqarıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yanko Yanakiev isə əvvəlcə BSU və Bolqarıstan arasında mövcud əməkdaşlıqdan söz açaraq Bolqarıstanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə qarşısına qoyduğu prioritetləri sadalayıb.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov Bolqarıstanın Avropa Birliyi Şurasına sədrliyi dövründə Dağlıq Qarabağ məsələsinin ədalətli həllini tapacağına ümid etdiyini dilə gətirib. Bolqarıstan və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqdan söz açan N. Məmmədov qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında bu sahədə ticarət dövriyyəsi 35 milyon dollar təşkil edir və iki ölkə arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması ilə bağlı danışıqlar aparılır.
Tədbir çərçivəsində Azərbaycan və Bolqarıstan mədəniyyətini əks etdirən slayd təqdim edilib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)