Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağda mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır”

13.03.18, 14:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var.
Bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”, - deyə Nazir qeyd edib. Mədəniyyət naziri vurğulayıb ki, işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sivilizasiyaların mərkəzində yerləşir və bu da çox önəmlidir: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlərə yanaşılır. Azərbaycan tolerant ölkədir. Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbə var. Orada yəhudilər yaşayır. Bu da tolerantlığın sübutudur. Məqsədimiz hər bir kiçik xalqın mədəniyyətini qorumaqdır”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)