Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan bizi rahat buraxmayacaq”

14.03.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni politoloq: “Hədəf İrəvan olacaq”

Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir.
Bu sözləri Ermənistan mətbuatına Azərbaycanda genişmiqyaslı hərbi təlimləri şərh edən erməni politoloq Levon Şirinyan deyib. Levon Şirinyan Azərbaycanın Ermənistana qarşı qətiyyətli mübarizə apardığını qeyd edib:
“Azərbaycan vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir. Bunun da kulminasiya nöqtəsi real döyüş hazırlığı təlimləridir. Qarabağda, cəbhə xəttinə yaxın məsafədə bu miqyasda qoşun və hərbi texnikanın yerləşdirilməsi halında Ermənistan qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməməsi çox pis nəticələrə səbəb ola bilər. Aydındır ki, hərbi rəhbərlikdə və digər dövlət qurumlarında təlimlərlə bağlı gərginlik var. Ancaq Azərbaycanın bu hərəkətləri hələ gərginləşmənin başlanğıc mərhələsidir. Azərbaycan bizi rahat buraxmayacaq”.
Levon Şirinyan Azərbaycanın Prezidenti İlham Əliyevin YAP-ın son qurultayında İrəvanla bağlı çıxışına diqqət çəkib: “Prezident bu çıxışında Azərbaycanın hərbi, siyası planlarını, hərbi doktrinasını elan edib. Əgər Ermənistan rəhbərliyi siyasi oyunları kənara qoyub bu məsələlərə ciddi yanaşmasa, Azərbaycan bizim daxilimizə doğru hərəkət edəcək. Hədəf İrəvan olacaq”.
Rusiya, Türkiyə və Azərbaycan münasibətlərinə toxunan Levon Şirinyan tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya-Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb: “Bu, Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gerçəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, qondarma DQR-in “rəhbəri” Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi deməkdir”.
Erməni politoloq Ermənistanda hazırkı ictimai-siyasi vəziyyətdən də söz açıb:
“Ermənistanda elə bir vəziyyət yaranıb ki, guya parlament və baş nazirlik sistemi qurulub. Əslində isə Serj Sərkisyan hakimiyyətini yenidən qurub, sahmana salır. Parlament hakimiyyəti qurulsa da, parlamentin hakimiyyətindən yox, ancaq baş nazirin hakimiyyətindən danışırlar”.

Bu xəbər oxundu
- - -