Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Britaniya, Fransa, Almaniya və ABŞ liderlərindən Rusiyaya qarşı birgə bəyanat

15.03.18, 14:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.
Bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.
Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.
“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də Tereza Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.

Bu xəbər oxundu
- - -