Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qeyd edək ki, hesabatı baş nazir Artur Rasizadə təqdim edib.

16.03.18, 15:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Birləşmiş Ştatlar səfərin məqsədini açıqlamalıdır”

“Şübhəsiz ki, Bako Saakyanın ABŞ-a səfəri ona viza verilməsi prosedurandan başlayaraq sonuna qədər qeyri-qanuni addımdır”.
Bu sözləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanın ABŞ-a qeyri-qanuni səfər etməsi məsələsini şərh edərkən deyib.
Politoloq bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir və Qarabağ münaqişəsinin həllinə mane olan istənilən addımı atmaqdan çəkinməlidir:
“Digər tərəfdən Bako Saakyan cinayətkardır. Dağlıq Qarabağ ərazisinin işğal edilməsi nəticəsində formalaşdırılmış qondarma rejimə “rəhbərlik” edir və bu qeyri-qanuni qruplaşmanın rəhbəri olduğu üçün cinayət məsuliyyəti daşıyır. Eyni zamanda, bu gün Dağlıq Qarabağ terrorçuların, cinayətkarların yuvasına çevrilib. Faktiki olaraq, ABŞ terrorizmə qarşı mübarizə apardığını bəyan edir və bir terrorçu bu bəyanatı verən ölkəyə səfər edir. Bu da ikili standartın bariz nümunəsidir. Bu gün Əl-Qaidənin, yaxud İŞİD-in hər hansı bir terrorçusu ilə Bako Saakyan arasında fərq yoxdur.
Bako Saakyan Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin və hərbi birləşmələrin təmsilçisidir. Onun ABŞ-a səfər etməsinə imkan yaradılması işğala, aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir. Qeyd edim ki, ABŞ-a səfər edilməsi üçün viza verilməsi proseduru həddən artıq mürəkkəbdir. Donald Tramp hakimiyyətə gəldikdən sonra rəsmi Vaşinqton miqrasiya siyasətini daha da sərtləşdirib. Ötən ilin fevralından etibarən Ermənistandakı ABŞ səfirliyi viza ilə bağlı yeni qaydalar müəyyənləşdirib və ABŞ-a səfər etmək istəyən şəxslər səfirlikdə müsahibədən keçir, özləri haqqında daha ətraflı məlumat verirlər. Şübhəsiz ki, ABŞ-ın Ermənistandakı səfirliyində Bako Saakyanın kim olduğunu yaxşı bilirlər. Bu baxımdan, Bako Saakyana Ermənistan pasportuyla ABŞ-a səfər üçün viza verilməsi isə həm də bu ölkənin qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. ABŞ-ın miqrasiya qanunvericiliyində ölkəyə səfər edilməsi üçün viza verilməsindən imtinaya əsas verən amillərin sayı kifayət qədər çoxdur. Bu sırada ABŞ-a səfər etmək istəyən şəxsin cinayətkar keçmişi və bu günü, özü haqqında yalan məlumatlar verməsi, millətçi qruplarda və terror təşkilatlarında təmsil olunması da var. Qeyd olunanların hər biri Bako Saakyanın ABŞ-a səfər etməyinə icazə verilməməsinə əsas verir. Yəni, Bako Saakyan Azərbaycan torpaqlarının işğalı və dinc əhaliyə qarşı cinayətlərdə, terror aksiyalarında iştirak edib. Azərbaycanlılara qarşı etnik təmizləməni təbliğ edən və bu istiqamətdə millətçi çağırışlar səsləndirib, eyni zamanda o ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda özünü Dağlıq Qarabağın erməni icmasının rəhbəri kimi təqdim etdiyi halda ABŞ səfirliyinə viza almaq üçün Ermənistan vətəndaşı kimi müraciət edib. Göründüyü kimi adıçəkiləm şəxsin ABŞ-a səfərinə imkan verməyən və məhz ABŞ qanunvericiliyindən irəli gələn məqamların sayı yetərincədir.
Bu səfərdə hər hansı xoşməramlı niyyətdən söhbət gedə bilməz. Çünki Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə müzakirə aparılırsa, bu müzakirə yalnız ABŞ həmsədr ölkə kimi regiona səfər edən zaman baş tutur. Yəni, həmin şəxslərlə yalnız indiki hüquqi normada ABŞ, yaxud ATƏT-in Minsk Qrupu həmsədrlərinin müzakirə aparmaq hüququ var və buna danışıqlar prosesinin çərçivəsində razılıq verilib. Amma fərdi qaydada bir şəxsin dəvət olunması və konqresdə onlarla görüşün keçirilməsi qeyri-qanuni hərəkətlərdir. Bu səfər təbii ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlərə zərbə vurur. Bu səfər ABŞ-ın nə BMT, nə də ATƏT-in Minsk Qrupundakı mandatına uyğun gəlir.
Birləşmiş Ştatlar səfərin məqsədini açıqlamalıdır. Bu separatizmi stimullaşdırmaqdan başqa bir şey deyil və beynəlxalq hüquqlara ziddir.
Hesab edirəm ki, Azərbaycan ərazisində formalaşdırılmış cinayətkar qruplaşmalara cinayət işi açılmalı və bu şəxslər haqqında qiyabi hökm çıxarılmalıdır. Bu şəxslərin cinayət məsuliyyətinə cəlb olunması şərtdir”.

Bu xəbər oxundu
- - -