Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyanın çıxışındakı hər bir cümlə Rusiya ilə razılaşdırılıb“

20.04.18, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ermənistanda konstitusiya islahatları keçirilməyə başlayanda artıq hər kəs bilirdi ki, bu nəyə hesablanır. İslahatların əsas məqsədi birbaşa Serj Sarkisyanın siyasi hakimiyyətdəki ömrünün uzadılmasına xidmət edəcək”.
Politoloq Elşad Mirbəşiroğlu belə deyib.
O bildirib ki, Ermənistanda keçirilən konstitusiya islahatlarına görə Sarkisyan artıq 2 dəfə ölkə başçısı seçilib:
“Bilirsiz, ermənilər konstitusiya islahatlarının nəticələrini lap əvvəldən bilirdilər. Ermənistan konstitusiyasına görə də, bir namizəd ard-arda 2 ildən artıq prezident səlahiyyətlərini icra edə bilməzdi. Bunun qarşısını almağın yeganə yolu isə mütləq şəkildə yenidən islahat keçirmək idi. Bu gün Serj Sarkisyanın baş nazir postuna namizədliyi o deməkdir ki, Ermənistan yenidən onun yürütdüyü siyasətlə davam edəcək. Ermənistanın siyasi meydanında bir nömrəli adam Sarkisyandır və hər kəs bunu yaxşı bilir. Nəzərə almaq lazımdır ki, Ermənistanın yeni prezidenti də parlament tərəfindən seçildiyinə baxmayaraq, əvvəlcədən təyin edilmiş biridir. Armen Sarkisyanın özü Serj Sarkisyanın köhnə kadrlarındandır. Yəni o, heç də Qərbin təzyiqi ilə hakimiyyətə gətirilməyib. Bu yanaşma yanlışdır və sadəcə olaraq məsələnin görünən tərəfinə pərdə asmaq üçün ortaya atılır. O ki qaldı Ermənistandakı ixtisaslara, mitinqlərə, düşünürəm ki, burada xarici qüvvələrin rolu var. Avropa ölkələri gözəl dərk edir ki, Sarkisyanın Avropa ilə münasibətləri sırf inikasiya xarakteri daşıyır. Bu bir növ Avropa tərəfdən gələ biləcək hər hansı bir təhlükəni, təzyiqi aradan qaldırmaq üçün planlaşdırılmış bu və ya digər səviyyədə münasibətlərdir. Çox dərin analiz etsən, Ermənistan Avropa ölkələri ilə əməkdaşlığa da getmir, Sarkisyan sadəcə özünü belə göstərir. Amma unutduğu məqam odur ki, Avropa bunu onlardan daha əvvəl dərk edir və bilir ki, hansı münasibətlər olur-olsun, Ermənistana qarşı sərt addımların atılmasına qərar verilərsə, Sarkisyan müdafiə oluna biləməyəcək. Sarkisyan isə Rusiyadan asılı olduğu üçün Ermənistanın yürütdüyü siyasət heç vaxt Qərb yönümlü olmayacaq”.
Politoloq onu da qeyd etdi ki, Ermənistanda dəfələrlə bu cür ixtisaslar, çıxışlar olsa da, nəticə etibarilə heç biri problemi həll etməyib:
“Düşünürəm ki, Ermənistandakı xalq üsyanları heç bir nəticə verməyəcək. Qərbdə Sarkisyanı istəməyən kifayət qədər böyük kütlə olsa da, onu yaxından dəstəkləyən kifayət qədər güclü dairələr də az deyil. Bu da təbii olaraq məlum məsələdir, söhbət hansı qüvvələrdən gedir. Sarkisyanın parlamentdəki çıxışında regionda Rusiyanı Ermənistanın müstəsna müttəfiqi olaraq qeyd etməməsini də fərqli cəhətdən analiz edən siyasətçilər var. Mən bununla da razı deyiləm. Çünki hər şey çox açıqdır. Serj Sarkisyanın parlamentdə çıxışı zamanı istifadə etdiyi hər bir cümlə Rusiya ilə razılaşdırılıb. O çıxışa diqqət etsəniz, özünüz də görəcəksiniz ki, bu xüsusi auditoriya üçün hazırlanmışdı. Çünki çıxışı zamanı xüsusilə diqqəti 2016-cı ilin aprel hadisələrinə çəkirdi. O hətta vurğuladı ki, bu gün Ermənistan 2016-cı ildəki Ermənistan deyil. O özü də başa düşmədən etiraf etmiş oldu ki, 2016-cı ilin aprel hadisələri onun məğlub olmasını göstərir. Həmin vaxt o bunu qəbul etmirdi. Yəni demək istəyir ki, növbəti bənzər hadisələr yaşanarsa, Ermənistan tam başqa cür davranacaq. Təbii ki, bu daxili auditoriyaya hesablanmış pafosla çıxış idi. O yaxşı bilirdi ki, parlamentdəki çıxışı zamanı artıq ölkədə etiraz çıxışları başlayıb. Bir növ bu çıxışla özünü sığortalamağa cəhd edirdi. “Məxməri inqilab” şurası da yarandığı üçün bütün imkanlarından istifadə edərək narazı auditoruyanı sakitləşdirməyə çalışırdı. Narazı auditoriya dedikdə, biz qərbmeyilli şəxsləri nəzərdə tuturuq. Məhz buna görə, o öz çıxışında Rusiyanı regionda müstəsna müttəfiqi kimi təqdim etmədi. Bu manevrin nəticə verəcəyini düşünmürəm. Dünya siyasətindən anlayışı olan ekspertlər də bilir ki, Qərb də, Rusiya da proseslərin fərqindədirlər”.

Bu xəbər oxundu
- - -