Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyaya zərbələrdən çıxarılan 7 nəticə

23.04.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rus ayısı böyürür, amma “dişləmir”

Suriya hökumət qoşunlarının altmış nəfərin ölümü ilə nəticələnmiş Duma şəhərinə kimyəvi hücumundan sonra Qərblə Suriya və Rusiya arasındakı gərginlik kəskin yüksəlib. Bundan sonra ABŞ, Fransa və Böyük Britaniya Suriya ərazisindəki bir neçə hədəfi vurdu. Baş verənlərdən yeddi nəticə çıxarmaq olar. “Die Welt” (Almaniya) həmin nəticələri təqdim edir.

1. Tramp beynəlxalq qaydalara heç də biganə deyil

Hələ indiyədək hesab edilirdi ki, ”İlk öncə Amerika” şüarını irəli sürən Donald Trampın beynəlxalq məsələlərlə heç bir işi yoxdur və o, yalnız öz ölkəsinin maraqlarının qayğısına qalır. Lakin Suriyanın timsalında məlum oldu ki, Tramp Amerikanın oynadığı ənənəvi klassik roldan heç yana qaça bilməz.
Tramp ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumunu izah edərkən deyib ki, Birinci Dünya Müharibəsindən sonra kimyəvi silahdan istifadəyə qoyulmuş qadağanın dəstəklənməsi onun üçün mühüm idi.
İndi Tramp Cenevrə Konvensiyasına uyğun olaraq dünya nizamını Suriya diktatoru Bəşər Əsəddən qoruyaraq, ABŞ prezidenti kimi klassik “dünya jandarmı” rolunda çıxış edir. Trampın bəzi tərəfdarları üçün bu, kiçik Corc Buşun xarici siyasətini və həmçinin də Hillari Klintonun ideyalarını xatırladır.

2.Rus ayısı böyürür, amma “dişləmir”!

Əsədə qarşı raket zərbələrindən öncə Rusiya Qərbi “Bunun ağır nəticələri olacaq” sözləriylə hədələyirdi. Hətta Rusiyanın Livandakı səfiri bildirmişdi ki, əgər Suriyanın hərbi obyektlərinə raket zərbələri buraxılarsa, onda Rusiya gücləri həmin mənbələrə hücum edəcək. Amma bu boşbağazlıqdan başqa bir şey olmadı. Ümumi yekunda ruslar onların Suriyada öz əsgərlərinin zərbə altında qalmamasından məmnun oldular. Bundan başqa Moskva Qərb ictimaiyyətini böyük dünya dövlətləri arasında baş verə biləcək qarşıdurma ilə qoxutmağa cəhd göstərdi. Rusiyanın fikrinə görə, bu Vaşinqton, Paris və Londondakı hökumətləri Əsədə qarşı müdaxilədən saxlamalıydı.
Lakin hesablama özünü doğrultmayanda bəlli oldu ki, ruslar nəylə qarşılaşa biləcəklərini çox dəqiq bilirlər. Onlar anlayırlar ki, bu dəfə Gürcüstan və ya Ukrayna kimi zəif ölkələrlə deyil, çox güclü ABŞ və eləcə də Fransa, Böyük Britaniya ilə qarşılaşa bilərlər.

3. Tramp Suriya vətəndaş müharibəsinə girişmək istəmir

Raket zərbələri Əsədin həqiqətən də nə qədər zəif olduğunu nümayiş etdirdi. Onun Rusiya tərəfindən təchiz edildiyi müdafiə silahları daha güclü Qərb texnikasının qarşısında duruş gətirə bilmədi. Kosmosdan çəkilən şəkillərdə ABŞ qanadlı raketlərinin öz hədəflərinə necə çatdığı görünür. Guya ki, yüksək səmərəli olan Rusiya Hava Hücumundan Müdafiə kompleksləri ABŞ raketləri üçün ciddi əngəl təşkil edə bilmədi. Bunu Suriya ərazisini atəşə tutan israillilər də dəfələrlə sübut ediblər. Amma buna baxmayaraq, amerikanlar Suriyanın kimyəvi silah hazırlanması proqramı üzrə işləyən obyektlərindən başqa digər hədəfləri vurmaqdan vaz keçiblər.
Tramp Əsəd ordusunun Suriya müxalifəti üzərindəki üstünlüyünü dəyişə biləcək heç nə etməyib. Bu isə ondan xəbər verir ki, Tramp əvvəlki kimi Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmək istəmir. Bu müharibənin nə ilə nəticələnəcəyi onu narahat etmir. Ona görə də bu aksiya həm də…

4 …Əsədin xəlvəti qələbəsi oldu!

Həqiqətən də Suriya diktatoru kimyəvi silah tətbiqinə görə özünün siyasi məkandakı manevr imkanlarının bir hissəsini itirib. Qərb müttəfiqləri sadəcə olaraq Suriyadakı status-kvonu təsdiq ediblər. Aydın olur ki, ABŞ, Fransa və Böyük Britaniya Suriyada qüvvələr balansını müxalifətin xeyrinə dəyişmək, eyni zamanda da Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəmirlər.
Belə görünür ki, onlar Rusiya və İranın dəstəyi ilə Suriya rejiminin münaqişədə qalib gələcəyinə çalışıblar. Onların Əsədə göndərdikləri siqnal belə olub: ”Sən kimyəvi silah tətbiq etmədikcə, öz vətəndaşlarına qarşı müharibəni davam etdirə bilərsən”. Düzdür, xəstəxanaların atəşə tutulması və çəllək bombalarının mülki insanlara atılması da beynəlxalq hüquqa ziddir, amm görünür ki, bu, Qərbin vətəndaş müharibəsinə müdaxilə etməsi üçün hansısa “qırmızı xətt”in keçilməsi deyil.

5. Rusiya təbliğatı köhnə şablonla işləyir

Uzun illərdir ki, Rusiya təbliğatı eyni bir ssenari üzrə fəaliyyət göstərir. Belə ki, öncə ruslar iddia edirdilər ki, heç bir kimyəvi qaz hücumu olmayıb, sonra söylədilər ki, bu Suriya müxalifətinin “yayındırıcı manevridir” və onların məqsədi ABŞ-ın münaqişəyə müdaxilə etməsidir. Ancaq sonradan deyilir ki, bu hücumun arxasında hansısa britaniyalılar və ya digər güclər dayanır. Aydındır ki, Kreml təbliğatçıları hesab edirlər ki, onların öz iddialarında ardıcıl olmalarına gərək yoxdur. Onlara sadəcə olaraq lazımdır ki, baş verənlərin səbəbinin Qərb versiyası şübhəylə qarşılansın.
Daha pis tərəfi ondadır ki, Rusiyanın hazırladığı yalan nəzəriyyəsini ənənəvi Qərb KİV-ləri və xüsusən də ictimai-hüquq telekanalları ciddi versiya kimi qəbul edərək ona uyurlar.

6. Avropa tarixdən heç bir dərs çıxarmır

Suriya Aralıq dənizində yerləşir, yəni Avropanın qonşuluğunda. Suriya vətəndaş müharibəsinin qurbanları kütləvi şəkildə ölkədən qaçırlar və əsasən də Avropaya. Onlar Avropanın həm sosial, həm də siyasi sistemi üçün böyük yükə çevrilirlər.
Yaxın Şərq münaqişəsi sayəsində Avropanı gözləyən təhlükələri nəzərə alsaq, Avropa Birliyi ölkələri kimyəvi silahdan istifadənin qadağasına qarşı çıxmalı və həmçinin də Suriya vətəndaş müharibəsinin sona çatması konsepsiyasının işlənməsində iştirak etməlidirlər. Çünki ən azından bu onların ərazisinin yaxınlığında baş verir. Əslində isə bu barədə heç söhbət getmir. Avropa Birliyinin əsas ölkəsi kimi Almaniya və eləcə də başqaları məsuliyyətdən qaçaraq, təşəbbüsü hələ də qlobal rol oynamaqda ambisiyalı olan iki digər Avropa dövlətinə güzəştə gedirlər.
Həmin iki dövlətdən biri Böyük Britaniyadır və yaxın zamanda Avropa Biriyinin üzvü olmayacaq. Beləliklə, qalır Fransa. Trampın Suriya ilə bağlı heç bir strategiyasının olmaması iddiasını nəzərə alsaq, onda deyə bilərik ki, coğrafi yaxınlığına görə Suriya ABŞ-dan daha çox Avropaya təhlükə təşkil edir.
Yalnız digərlərini tənqid edib, özü isə heç bir konsepsiya irəli sürməyənlər qlobal siyasətin qapısı arxasında qalır. Münxen beynəlxalq konfransının təhlükəsizlik problemləri üzrə sədri Volfqanq İşinger bu barədə deyib: ”Heç nə etməmək Suriya üzrə siyasət yürütmək sayıla bilməz”.

7. Siyasətçilər “missiya yerinə yetirildi” frazasını öz leksikonlarından çıxarmalıdırlar

2003-cü ilin mayında “Abraham Lincoln” aviadaşıyanın göyərtəsində kiçik Corc Buş İraqdakı missiyanın yerinə yetirlməsini söyləmişdi. Əslində isə məhz bundan sonra orada vətəndaş müharibəsi başladı və hansı anda isə amerikanlar məğlubiyyətin kənarına da gəlib çatmışdılar. ABŞ prezidenti Tramp “twitter”də yazıb ki, Suriyadakı hərbi əməliyyat ideal yerinə yetirilib. Daha sonra o, əlavə edib: Missiya yerinə yetirilib! (Mission accomplished!)
Ari Flyayşer “twitter”də yazılanlara reksiyasında deyib: ”Mən məsləhət görərdim ki, ”twitter”də yazılan məlumatlar bu iki sözlə bitməsin”. Buşun mətbuat katibi olmuş A.Flyayşer nə dediyini bilir. Donald Trampın sözlərindən sonra ABŞ silahlı qüvvələri qərargahının direktoru general Kennet Makkenzi Petaqonda keçirilən brifinqdə bildirib ki, raket zərbələri nəticəsində Əsədin kimyəvi silah hazırlanması ilə bağlı təsisləri tamamilə məhv edilməyib. Makkenzi deyib: ”Mən deyərdim ki, orada Suriya kimyəvi silah hazırlanmsı proqramının qalıqları yenə də var. Mən deməzdim ki, onların gələcəkdə yeni kimyəvi hücum etmək imkanları yoxdur”. Missiyanın yerinə yetirilməsini iddia etmək – reallıqdan nə dərəcədə uzaq düşüldüyünü göstərir.

Bu xəbər oxundu
- - -