Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-Rusiya gərginliyi artır

23.04.18, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın “Harri Trumen” təyyarədaşıyan gəmisi Aralıq dənizində qalarsa, bu, Moskva ilə Vaşinqton arasındakı mövcud durumu daha da gərginləşdirəcək. Bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin redaktoru, hərbi ekspert İqor Korotçenko deyib. “Bu yöndə veriləcək qərarı olduqca təhlükəli tendensiya olaraq görürük. Çünki yetərincə güclü gəminin Aralıq dənizində qalması onu göstərir ki, Bəşər Əsədə qarşı növbəti provokasiya vəziyyətində ABŞ daha güclü zərbələr endirə bilər”, - deyə ekspert bildirib.
İ.Korotçenko onu da əlavə edib ki, bu kimi məlumatların yayılması Vaşinqtonun rəsmi Dəməşqə qarşı gücdən istifadəni dayandırmaq niyyətində olmadığını göstərir. Qeyd edək ki, “Harri Trumen” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında zərbə qrupu artıq Aralıq dənizindədir. Rusiya da əraziyə əlavə hərbi gəmi göndərib.

Bu xəbər oxundu
- - -