Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Musiqili Teatrın gənc dirijoru Filarmoniyanın səhnəsində

23.04.18, 15:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub. Konsert çərçivəsində ölkənin müxtəlif musiqi məktəblərində təhsil alan yeniyetmə və gənc istedadlar- musiqiçi və vokalçılar Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məharətlərini nümayiş etdiriblər.
Konsertdə orkestri Musiqili Teatrın gənc dirijoru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov müşayiət edib.
Bu barədə AZƏRTAC-a Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verib. Bildirib ki, Orxan Həşimovun dirijorluğu ilə keçirilən konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov indiyədək bir çox müsabiqə və festivallarının xüsusi diplomuna layiq görülüb. Hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik Orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiyanın Simfonik Orkestri, Polşanın Gdansk şəhərində Polşa-Baltik Simfonik Orkestri və Budapeşt “MAV” Simfonik Orkestri ilə əməkdaşlıq edir.

Bu xəbər oxundu
- - -