Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

QHT-lər bəyanat qəbul edib

25.04.18, 10:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə vətəndaş cəmiyyətinin nümayəndələri Qubaya səfər edib.
QHT nümayəndələri öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Quba Memorial Soyqırımı Kompleksini ziyarət edən qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanları haqqında məlumat verilib.
Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
QHT-lər adından qəbul olunan bəyanatda beynəlxalq ictimaiyyətə, gec də olsa, 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisəsinə siyasi qiymət verməyə və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırış olunub.

Bu xəbər oxundu
- - -