Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib

25.04.18, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov sosial şəbəkə vasitəsilə dünyadakı azərbaycanlılara müraciət edib. Müraciətdə bildirilir:
“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimizlə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

Bu xəbər oxundu
- - -