Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AŞ PA demokratiya mövqeyindən uzaqlaşıb…

25.04.18, 13:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Növbəti dəfə ikili standartların hələ də AŞPA-da hökm sürdüyünün şahidi olduq. Azərbaycanda hər hansı kiçik bir hadisə olan kimi onu şişirdir, müzakirəyə çıxardır və günlərlə müzakirə edirlər. Ancaq Ermənistanda gedən ciddi proseslərə toxunulmur, müzakirə edilmir, heç onlardan danışılmır.
Bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.
Qeyd edib ki, nümayəndə heyətimizin üzvləri yaz sessiyasının sərbəst debatları zamanı çıxışlarında diqqəti Ermənistanda gedən proseslərə cəlb etməyə çalışıblar. Ermənistan da bu qurumun üzv dövlətidir. Ona görə erməni xalqının hansı problemlər yaşaması AŞPA-nın müzakirə mövzusu olmalıdır. Ermənistan bu gün uçurum vəziyyətindədir. Xalq və hakimiyyət arasındakı mübarizədə xalqın mövqeyi üstün tutulmalıdır. Bizim üçün də o ölkədə gedən proseslər önəmlidir. Bu proseslərin regionun, eləcə də AŞPA-nın gündəliyinə təsiri var.
Sevinc Fətəliyeva bildirib ki, AŞPA dünyada gedən hadisələrlə bağlı dərhal mövqeyini bildirir. Yaxın Şərqdə və digər ölkələrdə xalq və hakimiyyət arasında olan münasibətlərlə bağlı nümayişlər, aksiyalar olanda və xalqın iradəsi, mövqeyi nəzərə alınmayanda dərhal AŞPA, digər beynəlxalq qurumlar reaksiya verir, həmin ölkələrdə demokratiyanın bərqərar olunmasını və azadlıqların təminini tələb edir. Ancaq Ermənistanla bağlı heç bir bəyanat verilmir, oradakı vəziyyət təhlil olunmur, heç bir qınaq və irad bildirilmir.
“Bu vəziyyət təşkilatın nə qədər zəif olduğunu, əsl demokratiya və azadlıq mövqeyindən nə qədər uzaqlaşdığını nümayiş etdirir”, - deyə deputat vurğulayıb.

Bu xəbər oxundu
- - -