Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə-Azərbaycan birliyinin böyük gələcəyi var

25.04.18, 14:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan prezidenti İham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə edib. Buna görə ona təşəkkür edirəm”.
Bunu dün’n Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: “Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik. Mən də prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər etmişdim. İnşallah, 24 iyunda keçiriləcək seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm”.


"İyunun əvvəlində TANAP-ın açılışı olacaq"

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışınln olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: “Bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyunun əvvəlində TANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star" zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq”.
Türkiyə prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: “Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.


“Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”

Türkiyə prezidenti Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Azərbaycan xalqına təbriklərini də çatdırıb:
“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək”.
Ərdoğan deyib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyəyə ilk dəstək verən liderlərdən biri İlham Əliyev olub: “Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı da Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindəyik. 7-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq”.

“Türkiyə dünyada bir gücdür”

Azərbaycanın dövlət başçısı prezident seçkilərindən sonra ilk səfərinin qardaş Türkiyəyə etdiyini deyib: “Bu təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir".
İlham Əliyev bildirib ki, prezident seçkiləri qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: "Məni ilk təbrik edən əziz qardaşım olub. 1 həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim".
Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.
O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır: “Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.


“Ordumuzu Türkiyə məhsulları hesabına gücləndiririk”

Azərbaycan prezidenti iki ölkə arasında müdafiə sahəsində birgə hərbi təlimlər və tədqiqatların keçirildiyini xatırladıb: “Türkiyənin geniş müdafiə sənayesi var.
Ordumuzun gücünü həm də Türkiyə məhsulları hesabına gücləndiririk. Bu gün danışdıq ki, bu istiqamətdə addımlar daha da artırılacaq. Türkiyədə istehsal olunan müdafiə sənayesi malları ən yüksək standartlara uyğundur”.


“Həmrəylik bizə əlavə güc verir”

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib: “Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMTTŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir".
Dövlət başçısı bildirib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: "“Zeytun budağı” əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".
Prezident bildirib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirir: "BTQ, TAP, TANAP böyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir.

İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və “Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də getdikcə artacaq.
Mayda Azərbaycanın birinci cumhuriyyətinin və bu il Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni quldur dəstələrindən azad edilməsinin 100 illiyi qeyd ediləcək. Tarix göstərir ki, biz bir olmuşuq və həmişə biz yerdə olacağıq".

Bu xəbər oxundu
- - -