Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Enerji şirkətlərinin rəhbərləri Bakıya toplaşacaq

26.04.18, 12:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Neft-qaz sektoru üzrə beynəlxalq təşkilatların və nəhəng enerji şirkətlərinin rəhbərləri mayın 30-31-də keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransında iştirak etmək üçün Bakıya gələcək. Builki “Caspian Oil & Gas” konfransında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin, “Turkish Petroleum”un (TP) prezident və icraçı direktoru Melih Han Bilgin, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun vitse-prezidenti İbrahim Assaden, Fransanın “Total” neft-qaz şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klement, İtaliyanın “Saipem” şirkətinin baş icraçı direktoru Stefano Cao, “EAGE”nin MDB və Rusiya üzrə baş direktoru Mixail Novikov, “Wollam Petroleum Advisory Group”un baş icraçı direktoru Brayan Vollam, İtaliyanın “Eni” şirkətinin Mərkəzi Asiya regionu üzrə icraçı vitse-prezidenti Luka Vignati və digər neft-qaz mütəxəssisləri iştirak edəcək.
Konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri, nüfuzlu sənaye mütəxəssisləri bir arada toplanacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar. Konfransda “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər - neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi - iddialar və imkanlar”, “Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər”, “Hasilatda olan yeniliklər”, “Energetika təhlükəsizliyi”, “Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq”, “Xəzəryanı layihələr üzrə yeni imkanlar”, “Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyatı və magistral boru kəməri”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili”, “Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarının əhəmiyyəti. Konkret faktların təhlili”, “İnqilabi dəyişikliklər. İnnovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri” adlı mövzular müzakirə olunacaq.

Bu xəbər oxundu
- - -