Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ Yaxın Şərqdə vasitəçilik etmək hüququnu itirir”

16.05.18, 13:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyanda belə toqquşmaların baş verəcəyi gözlənilən idi”. Bunu politoloq Fikrət Sadıxov belə deyib.
Politoloq bildirib ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayanda da qarşıdurmalar yaşanmışdı:
“İndi isə toqquşmalar daha ciddi xarakter daşıyır. Böyük dövlətlər vasiətçilik funksiyası daşıdığına görə stabilləşdirici addımlar atmalıdırlar. Düşünürəm ki, aparıcı qüvvələrin iştirakı ilə dinc həll yolları tapılmalıdır. Bundan sonra Yaxın Şərqdə vəziyyət gərginləşəcək, radikallaşma daha da güclənəcək və terror aktları törədiləcək. Onu da demək lazımdır ki, ABŞ artıq Yaxın Şərqdə vasitəçilik etmək hüququnu itirir”.
Qeyd edək ki, Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda İsrail tərəfinin açdığı atəş nəticəsində 59 nəfər həyatını itirib.

Bu xəbər oxundu
- - -