Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı

23.05.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Almaniyadakı soydaşlarımız da qoşulublar.
Kampaniya çərçivəsində Almaniyadakı soydaşlarımız Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevanın təşkilatçılığı ilə bir araya gəliblər. Həmvətənlərimiz Bon şəhərində Reyn çayı üzərindəki Konrad Adenauer adına körpünün üzərindən dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz körpü üzərindən keçən insanlara AXC haqqında məlumat da veriblər və bu da yer xalq tərəfindən maraqla qarşılanıb.
Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" kampaniyasına həmçinin Hollandiyadakı soydaşlarımız da qoşulublar.
Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədovun təşkilatçılığı ilə Hollandiyada "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib.
Öncə Rotterdam şəhərinin mərkəzində azərbaycanlı gənclər tərəfindən AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Avtomobillərdə Azərbaycanın dövlət bayrağının dalğalanması şəhər əhalisinin diqqətini çəkib.
Daha sonra Rotterdam şəhərindən Benilüks Azərbaycanlıları Konqresi adından AXC-nin 100 illiyi ilə bağlı Azərbaycan xalqına təbrik mesajı ünvanlanıb. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Rotterdamda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.

Bu xəbər oxundu
- - -