Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın uğurları Türkiyə üçün qürur mənbəyidir”

23.05.18, 15:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident. Əziz Qardaşım. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qardaş Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edildiyinə görə xüsusi önəm daşıyan 2018-ci ildə ölkənizi regionun lider dövlətlərindən biri kimi görmək bizi həddən artıq sevindirir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərini artıraraq davam etdirəcəyinə inamımız qətidir.
Qısa bir müddətdə strateji səviyyəyə çatan və istər aramızdakı həmrəylik ruhu, istərsə də konkret əməkdaşlığımız baxımından dünyaya nümunə olan münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm”.

Bu xəbər oxundu
- - -