Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əmək Məcəlləsi və “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub

24.05.18, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna əlavə və dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. layihələr barədə komitə sədri İsa Həbibbəyli məlumat verib.
Layihəyə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilər sertifikasiyaya cəlb ediləcəklər.
İ. Həbibbəyli deyib ki, sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur. Layihədə bildirilir ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyaya cəlb edilməyəcəklər. Dəyişikliyə görə vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbər oxundu
- - -