Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-la Çin a arasında gərginlik

24.05.18, 11:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çin hökuməti Cənubi-Çin dənizində yerləşən mübahisəli Spratli adalarındakı hərbi müdafiə sistemlərini ləğv etməli və bu regionun hərbiləşdirilməsinə yol verməməlidir. Bu sözləri Pentaqon nümayəndəsi Kristofer Loqan deyib. “Çinin Spratli adalarında gəmi əleyhinə raketləri, zenit-raket komplekslərini və elektronik səsboğucuları yerləşdirməsi ilə bağlı əlimizdə konkret faktlar var. Çin tərəfi bildirir ki, adalarda tikinti işləri dənizdə təhlükəsizliyi, naviqasiya yardımını, axtarış-xilaetmə fəaliyyətini, balıqçılıq təsərrüfatnın qorunmasını təmin etmək üçündür. Ancaq sözügedən texnikaların adalarda yerləşdirilməsi yalnız hərbi məqsədlər güdür”, - deyə Pentaqon rəsmisi bildirib.
O, eyni zamanda, vurğulayıb ki, Çin bombardmançılarının Vudi adasına gəlməsi durumu daha da gərginləşdirib. Qeyd edək ki, Spratli adaları uzun illərdir ki, ABŞ-la Çin arasında mübahisə mövzusudur.

Bu xəbər oxundu
- - -