Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

NATO Moskvadan cavab tələb edir

25.05.18, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Birliyi və NATO Rusiyanı vurulmuş AN-17 təyyarəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Qərb mətbuatı xəbər verir ki, bu barədə NATO rəhbəri Yens Stoltenberq və Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyanat verib.

“Mən Rusiyanı məsuliyyəti qəbul etmək və BMT Təhlükəsizlik Şurasının 2166 saylı qərarına uyğun olaraq günahkarların müəyyən olunması üçün istintaqla tam əməkdaşlıq etməyə çağırıram” NATO-nun mətbuat xidməti baş katib Yens Stoltenberqin bəyanatını dərc edib.
Eyni çağırışla Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini də çıxış edib.
“Avropa Birliyi Rusiyanı məsuliyyəti qəbul etməyə və günahkarların müəyyən olunması üçün istintaqla tam əməkdaşlıq etməyə çağırırıq” - Moqerini bəyan edib.
Qeyd edək ki, Malayziyaya aid Boinq AN-17 təyyarəsi Ukrayna hava məkanında 17 iyul 2014-cü il tarixdə vurulub. Faciə nəticəsində ümumilikdə 10 ölkənin 298 vətəndaşı həyatını itirib. Onlardan 283-i sərnişin, 15-i isə heyət üzvləri olub. İstintaq qrupu təyyarənin Rusiya istehsalı olan “Buk” zenit raket kompleksi ilə həmin an rus separatçılarının əlində olan Pervomayskiy yaşayış məntəqəsindən vurulduğunu müəyyən edib. Və hadisədən sonra həmin kompleksin yenidən Rusiyaya geri qaytarıldaığını təyin edib.

Bu xəbər oxundu
- - -