Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belə həyatdan bezmişik”

04.06.18, 14:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qarabağ erməniləri: “Xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, cəza aparatı kimi fəaliyyət göstərirlər”


Dünən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, Xankəndində yenidən etiraz aksiyaları başlayıb. Bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.
Məlumata əsasən etirazçılar "Milli Təhlükəsizlik Xidməti" (MTX) və "polis” rəislərinin istefasını tələb edirlər.
"Biz bu həyatdan, həyat tərzindən bezmişik. Biz bir şeyi tələb edirik: Bərabərlik. Qoy heç kim kiminsə oğlu olduğunu deməsin. Əgər kimsə qanunu pozubsa, o da cəzalanmalıdır" – deyə etirazçılardan biri radioya bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə “MTX” əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb.
“MTX” əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz “polisi” isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs edib. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq “MTX” əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Bu xəbər oxundu
- - -