Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“S-400-ləri anbara yığmaq üçün almırıq”

13.06.18, 8:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə ehtiyac yaranarsa, Rusiyadan alınan S-400 zenit-raket komplekslərindən istifadə edəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Biz S-400-ləri sadəcə alıb, anbara yerləşdirməyəcəyik. Ehtiyac yaransa, onlardan istifadə edəcəyik.
Bunlar müdafiə sistemləridir. Onsuz biz nə edə bilərik axı? Nədir, yoxsa yenə ABŞ-a bel bağlayaq?”, -deyə Türkiyə lideri yerli telekanallara verdiyi açıqlamada bildirib.
Ərdoğan Ankaranın bir neçə il ərzində Vaşinqtondan analoji müdafiə sistemləri istədiyini, ancaq ABŞ Konqresinin buna əngəl yaratdığını xatırladıb.
“Biz artıq belə vəziyyətdən təngə gəlmişdik. Rusiya bizim sorğulara kifayət qədər cəlbedici təkliflə cavab verdi”, -deyə Ərdoğan diqqətə çatdırıb.

Bu xəbər oxundu
- - -