Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

13.06.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var, lakin bunu ilk növbədə ev sahibi olan ölkə elan etməlidir.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, sammit avqustun birinci yarısına nəzərdə tutulub: “Ona qədər işçi görüşləri nəzərdə tutulub. Ən azı, bir işçi görüşü olacaq. Xarici işlər nazirlərinin görüşü isə ola bilər ki, tədbirdən bir gün öncə olsun”.
Nazir müavini qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın mətni razılaşdırılıb. Onun sözlərinə görə, hazırda ölkələr sənədin imzalanması üçün ölkədaxili prosedurları keçirlər:
“Biz də ümid edirik ki, sammit zamanı konvensiya imzalana bilər. İkili görüşlərə dair məsələlər də prosesdədir, təmaslar var, görüşlər keçirilir, məsləhətləşmələr aparılır, konkret nə zaman başa çatacağını isə söyləmək çətindir. Bu, konvensiya ilə paralel aparılır. Yəni konvensiyadan asılı deyil, ayrıca danışıqlar formatıdır”.
"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prosesdir, mütəmadi aparılır. Birinci mərhələdə 70 km, ikinci mərhələdə 60 km sərhəd xətti demarkasiya edilib, nişanlar qoyulub. Bu şəkildə irəliləyirik. İşçi qrupları vaxtaşırı görüşür, ehtiyac olanda sərhəd zonalarına gedir"-deyən
X. Xələfov bildirib ki, ehtiyac yarandıqda, demarkasiya komissiyasının iclası keçirilir, lazımi sənədlər təsdiq olunur: "Ola bilsin ki, bu ilin sonuna kimi görüş keçirilsin".
Nazir müavini Gürcüstanla sərhədlərin delimitasiyası prosesinin isə nisbətən passiv aparıldığını deyib: "Lakin ümidimiz var ki, Gürcüstan tərəfi bu işi fəallaşdıracaq. Biz bütün səviyyələrdə - həm ekspertlər, həm də komissiya səviyyəsində görüşə hazırıq. Lazım olan mesajlar da Azərbaycan tərəfindən göndərilib.
Gürcüstan tərəfinin reaksiyasına uyğun olaraq işləri davam etdirməyə hazırıq.
Komissiyanın iclasının keçiriləcəyi ilə bağlı isə hələlik konkret tarix yoxdur".

Bu xəbər oxundu
- - -