Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran düşmənlərinə heç vaxt inanmayıb

14.06.18, 11:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İranda həm birbaşa “kortəbii qiyamlar”ı qızışdırmaq, həm də ölkə xaricindən İran cəmiyyətinin bütövlük və sabitliyini sarsıdacaq ünsürlər gətirmək cəhdlərinə qarşı durmaq üzrə bir-birini tamamlayan kompleks tədbirlərin uzunmüddətli perspektivə yönəlik proqramına hazırlıq görürlər. 5 iyundan sonra şübhə yoxdur ki, İslam Respublikasının düşmənləri təxribat əməliyyatlarının xarici basqıyla calaşdırılımasına əl atacaqlar. İsrail kəşfiyyat naziri İsrael Kats həmin gün KİV-lər qarşısında çıxış edərkən bildirib ki, İran “ölkəni nüvə silahıyla silahlandırmaq imkanı ilə nəzarətedilməz zənginləşdirmə sxemi”ni idarə edib.
O, “İranlılar indi təslim olmazsa və buna dönməyə çalışsalar, müttəfiqlərin İslam Respublikasına qarşı bəyanatla çıxış etməsi lazım gələcək” deyərək, əlavə edib ki, bu bəyanat iranlıları “onlara qarşı hərbi koalisiya formalaşacağı” ilə təhdid edəcək. İsrailli nazir deyib ki, “İran “hərbi uranın” zənginləşdirilməsinə qayıdarsa, ABŞ prezidenti və bütün Qərb koalisiyasının aydın bəyanatı olmalıdır. Ərəblər və İsrail də mütləq orada olacaqlar”.
“Regnum” yazır ki, beləliklə, Təl-Əviv NATO-nun bütün üzvlərini, yəni Türkiyəni də yeni antiiran koalisiyasına daxil olmağa məcbur etmək niyyətindədir – hələ Fars körfəzinin oyuncaq monarxiyalarını demirik. Tehranla yeni qarşıdurmaya getməyə razılaşmayan təkcə Qətərdir, Oman isə birbaşa antiiran aksiyalarından həmişə çəkinib.
İsrail kəşfiyyat nazirinin bəyanatı İsrail baş naziri Benyamin Netanyahu Avropa liderlərini ABŞ-ı izləməyə və İranla nüvə sazişini pozmağa inandırmaq üçün Avropa səfərinə yollanarkən meydana çıxıb. Bu, İranın hazırda gələcək saziş haqda müqavilə imzalayan başqa tərəflərlə danışıqlar aparanda baş verir. Tehran bildirib ki, avropalılar ABŞ olmadan sazişin əvvəlkitək İranın maraqlarını qoruyacağına zəmanət verərlərsə, Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) çərçivəsində qalacaq.
Digər tərəfdən, Katsın bəyanatı ayətullah Seyid Əli Xameneinin İslam Respublikasının qurucu atasının ölümünün 29-cu ildönümüylə bağlı mərasimə qatılmaq üçün ölkənin hər yerindən İmam Xomeyninin məqbərəsinə yığılan yüzlərlə iranlıya müraciətindən sonra səslənib. Mərasimdə yüzlərlə əcnəbi qonaq, o cümlədən alimlər və araşdırıcılar, 300-dən çox xarici jurnalsit iştirak edib. O, tədbir iştirakçılarına üz tutaraq İmam Xomeynini ilk şiə imamı Əliylə tutuşdurub və deyib: “İmam Xomeyni düşmənlərə heç vaxt inanmayıb və inanıb ki, Allah xatirinə hərəkət edirsinizsə, heç vaxt heç nə itirə bilməzsiniz. Biz İmam Xomeyninin mirasına uyğun hərəkət etməliyik”.
İslam Respublikasının lideri ölkənin uğurlarından danışarkən qeyd edib: “Düşmənlər İran millətinin tərəqqisini heç vaxt durdura bilməzlər”. İran lideri ABŞ-ın JCPOA nüvə sazişindən çıxması və İrana basqı üçün düşmənlərin göstərdiyi səylərdən danışarkən əlavə edib ki, düşmənin İslam Respublikasına qarşı tədbirləri göstərir ki, onlar nə qədər fədakarlıqla İrana qarşı dururlar və bu, düşmənin güc əlaməti deyil. O, habelə bildirib: “İranın atom enerjisi üzrə təşkilatı nüvə sazişinə (JCPOA) uyğun olaraq zəngiləşdirici gücü 190 min ERP-ədək modernləşdirməyə hazırlaşmalıdır”.
İranın atom enerjisi üzrə Təşkilatının (İAET) təmsilçisi Bəhruz Kamalvəndi ayətullahın çıxışının ardınca məlumat verib ki, İran yeni sentrifuqaların istehsalına başladığı haqda MAQATE-ni məlumatlandırmaq qəsdilə bu təşkilata məktub göndərib. O bildirib: “MAQATE-yə məktubda məlumat vermişik ki, uf4 və uf6 sentrifuqalarının istehsalı üçün gərəkən gücü möhkəmləndirmək və sentrifuqa rotorlarının hazırlanması üçün zavodun istehsalı və yığılması üzrə ilkin addımlar atmaq niyyətindəyik”.
İAET rəhbəri Əliəkbər Salehi həmin gün bəyan edib ki, İran liderin göstərişlərinə əməl edərək Natanzda yeni sentrifuqaların istehsalına başlayacaq. O, JCPOA-nın “təhrif edilmiş formasını” qəbul etməkdə istənilən imkanı rədd edərək deyib: “Biz JCPOA-ya əməl edib eyni zamanda ABŞ sanksiyalarına görə əsas məsuliyyəti daşıya bilmərik”. Bu cür sarsılmazlıq yalnız İran hakimiyyəti və ali ruhanilərinin ölkə əhalisinin böyük çoxluğunun İİR-in daxili problemləri nə qədər mürəkkəb olsa da, cari xarici siyasətin davam etdirilməsi və gücləndirilməsi uğrunda birmənalı çıxış etdiyinə əmin olduğu halda mümkündür. Həm hökumət, həm də ruhanilər buna dəqiq əmindirlər ki, xalq anlayır: bu daxili çətinliklər ABŞ və İsrail başda olmaqla məhz Qərbin (AB, NATO və s.) azğın antiiran kursunun nəticəsidir.
İranın bir çox tələbə təşkilatları Donald Trampın məlum bəyanatı və yeni antiiran sanksiyaların elanına cavab olaraq mayda ölkədə uranın zənginləşdirilməsinin yenilənməsinin lehinə imza toplamağa başlayıb. Mayın 29-da ayətullah Xameneinin universitet tələbələri və tələbə birlikləri təmsilçilərilə birbaşa görüşü olub. Görünür, Xamenei və tələbələr, belə deyək, “saatları yoxlamaq” və eyni zamanda həm də, bir növ, bir-birinin qarşısında hesabat verməyi qət ediblər.
Xamenei qeyd edib ki, tələbələr İslam inqilabının məqsədlərini yerinə yetirməyi davam etdirməlidirlər: “İslam inqilabından sonra inqilabi qüvvələrdə yalan bir güman vardı ki, inqilab təsisat formalaşana qədər sürəcək və bu hədəfə yetəndən sonra inqilab bitəcək. Lakin hər bir inqilab beş mərhələdən ibarət olur: hər bir inqilabın birinci mərhələsi qələbədir. İkinci mərhələ – inqilabi hökumət vasitəsilə dəyər və idealların gerçəkləşdirilməsi, sonra isə dəyərlərin inqilabi cəmiyyətdə gerçəkləşdirilməsi və nəhayət, sonuncu mərhələ – islam və ya inqilabi sivilzasiyanın formalaşdırılmasıdır”.
İslam Respublikası lideri əlavə edib ki, bu ideallar qısamüddətli perspektivdə gerçəkləşməyəcək və bu ideallar gerçəkləşənədək inqilab saxlanmalıdır. Ayətullah Xamenei “milli dayanıqlıq”, “siyasi, iqtisadi və mədəni müstəqillik və azadlığı” islam təsisatının ideallarından biri kimi təsvir edib.

Bu xəbər oxundu
- - -