Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Allah dualarınızı qəbul etsin”

14.06.18, 14:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Azərbaycan xalqı onillər boyu müxtəlif basqılara və təzyiqlərə məruz qalsa da, öz milli-mənəvi dəyərlərini tarixin sınaqlarından dəyanətlə keçirmiş, ən müqəddəs əmanət kimi qoruyub saxlamışdır.
Xalqımızın əsrlər boyu tapındığı, insanları Tanrı sevgisinə, haqqa, ədalətə səsləyən İslam dinində on iki ayın sultanı sayılan Ramazan - imanın nəfsə, kamilliyin nadanlığa qalib gəldiyi, səbr, dözüm, təmizlik, paklıq və mərhəmət ayıdır.
Yurd yerlərimizin işğaldan azad edilməsi, soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, millətimizin qələbə sevincini yaşaması üçün Tanrı yardımçımız olsun.
Allah orucunuzu və dualarınızı qəbul etsin!"

Bu xəbər oxundu
- - -