Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan daxilində qarşıdurma gedir”

21.06.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan daxilindəki klanlararası mübarizənin təzahürü olaraq meydna çıxdığına diqqət çəkdi. Zahirən belə görünür ki, guya Paşinyan hakimiyyəti korrupsiya və digər qanunsuzluğa qarşı mübarizə aparır”. Bu fikirləri politoloq Fikrət Sadıqov səsləndirib. O diqqətə çatdırıb ki,
M.Qriqoryanın əli Azərbaycan vətəndaşlarının qanına batıb: “Azərbaycanlı əsirlərlə qəddarcasına davranıb, çoxsaylı vəhşiliklər törədib. Ancaq onu buna görə həbs etmirlər. Onu korrupsiyada ittiham edirlər. Guya bu vaxta qədər Qriqoryanın rüşvət və korrupsiyaya yol verməsi bəlli deyildi? Əslində isə bütün bu cinayətlərdən hamı xəbərdar idi. Hamı bilirdi ki, Qriqoryan kimdir. Qriqoryanla bağlı baş verənlər göstərir ki, Ermənistan daxilində iki qrup, iki düşərgə arasında qarşıdurma gedir. Paşinyan üçün indiki məqamda Qriqoryan və bu qəbildən olan şəxslərlə mübarizə aparamaq asandır. Çünki onların cinayətləri əslində çoxdan bəllidir. Ermənistan ictimaiyyətinin də bu barədə kifayət qədər məlumatı mövcuddur. Baş verənlər klanlar arasındakı mübarizədir və bunun korrupsiyaya qarşı mübarizə ilə əlaqəsi yoxdur”.

Bu xəbər oxundu
- - -