Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrandan Azərbaycana silahlı şəxslərin keçməsinin qarşısı alınıb

21.06.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi məlumat yayılıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo¬nu¬nun Bay¬xanlı kəndinin yaxınlığın¬dakı sərhəd zasta¬va¬¬sı¬nın xid¬mə¬ti ərazisində dövlət sərhə¬dinin po¬zulmasına cəhd edil¬ib. Sərhəd naryadı tərə¬fin¬dən İran İslam Res¬pub¬likasından Azər-bay¬can Res¬pub¬likası istiqamə¬tində silahlı şəxslərin hərəkəti aşkar olun¬¬¬ub və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar¬yadının qanuni tələbinə və xəbər¬darlıq atəşinə tabe ol¬ma¬yan sərhəd pozu¬cu¬ları tərəfindən sərhəd nar¬yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər¬həd nar¬ya¬dının baş¬çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı¬rılmış əsgər Kuru¬pov Ra¬-ma¬zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül¬lə yaraları alıb. Dövlət sərhə¬dini pozmağa mü¬vəf¬fəq ola bilməyən sər¬həd pozu¬cuları geri qaçıblar.
Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös-tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana¬sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy¬yat olunub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol¬kov-nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et¬di¬ril¬məsinə dair zəruri tapşırıqlar verib.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha¬ki¬¬miy-yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli¬labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku¬rupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli¬labad rayon şöbəsi¬nin əməkdaşlarına dərin minnətdarlığını bildir¬ib.
Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra¬¬mazan Məmməd oğlu xidməti vəzifələrinin icra¬sında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olun¬ub.
Hadisə ilə əlaqədar zəruri tədbir¬lər həyata keçirilir. Fakt üzrə Hər¬bi Pro-ku¬rorluq tərəfindən cinayət işi başlanılıb.

Bu xəbər oxundu
- - -