Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri izləməyə gedirlər

21.06.18, 14:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin bir qrup deputatı bu ölkəyə səfər edəcək.
Modern.az-ın məlumatına görə, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, deputatlar İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının tərkibində seçkilərə qatılacaqlar.
Deputatlar Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.

Bu xəbər oxundu
- - -