Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan həbs olunacaq”

25.06.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “Paşinyan rejimi onun arxına çıxacaq”

"Böyük ehtimal ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan həbs olunacaq". Bu fikirləri politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Sarkisyan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın tətiyinə tuş gəlib. "Ona qarşı artıq korrupsiya və vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Sarkisyana və onun ailəsinə məxsus obyektlərdə axtarış işləri aparılır.
Paşinyan rejimi Sarkisyanın arxına çıxacaq və o həbs ediləcək.
İlk növbədə həbsxanaya Sarkisyanın yaxınları və ailə üzvləri düşəcək, sonra isə sabiq prezident özü həbs ediləcək. Bu proses bir az yubanacaq", - A.Nağıyev deyib.
Ekspert qeyd edib ki, Paşinyan vəziyyətə görə hərəkət edir:
"Ona lazım olanda Paşinyan Sarkisyanın "korrupsiya kartından" istifadə etdi. Bununla yanaşı, qeyd edim ki, Sarkisyanın bütün var-dövləti Qarabağdan gəlirdi. İndi Paşinyan öz istəyinə çatıb və fikirləşir ki, "kart"sız da oynaya bilər".
Müsahib bildirib ki, Sarkisyanın Qarabağda çoxlu tərəfdarları var və bu, Paşinyana mane olur.
"Məhz bu səbəblərə görə Paşinyan tez-tez işğal altındakı Qarabağa gedir.
O, hətta deyib ki, öz oğlunu Qarabağda əsgər görmək istəyir. Ancaq, yəqin ki, ona bunun pis nəticələr doğuracağını başa saldılar. Hazırda o, bu fikrindən vaz keçib", - Nağıyev qeyd edib.
Politoloqun fikrincə, indi Paşinyan Sarkisyanın Respublika Partiyasının nüfuzunu zəiflətməyə çalışır.

Bu xəbər oxundu
- - -