Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə: Seçkinin nəticəsi Ərdoğana hansı əlavə səlahiyyətlər verir?

25.06.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dəyişikliklər keçən il keçirilən gərgin referenumda 51% səs çoxluğu ilə qəbul olunub. Dəyişikliklər bunları əhatə edir: nazirlər və vitse-prezidentlər daxil olmaqla dövlət vəzifəlilərini birbaşa təyin etmək, ölkənin hüquq sisteminə müdaxilə ixtiyarı, ölkədə fövqəladə hal elan etmək ixtiyarı. Baş nazir vəzifəsi də ortadan qaldırılır. Tənqidçilər deyir ki, bu, bir çox gücün bir insanın əlində cəmləşməsinə gətirib çıxaracaq, çünki Türkiyənin yeni sistemi Fransa və ABŞ prezidentlərinin yoxlanış və balans sistemi kimi güclü deyil.
Ərdoğan artmış avtoritarlığının ona Türkiyənin iqtisadi çətinliklərini həll etmək və ölkənin cənub-şərqindəki kürd üsyançılarını məğlub etmək imkanları verəcəyini bildirir. Qələbə nitqində cənab Ərdoğan Türkiyənin terrorçuluqla daha qətiyyətli mübarizə aparacağını və qaçqınların evlərinə qayıda bilməsi üçün "Suriya torpaqlarını azad etməyə" davam edəcəyini bildirib.
Türkiyədə kimin hakimiyyətdə olmasının əhəmiyyəti varmı? Rəcəp Tayyip Ərdoğan 2014-cü ildə prezident seçilənə qədər 11 il baş nazir vəzifəsini tutub. Yeni konstitusiyaya görə, o, 2023-cü ildə bitəcək ikinci dönəmindən sonra üçüncü dönəm üçün də mübarizə apara bilər, yəni, potensial olaraq hakimiyyətini 2028-ci ilə qədər saxlaya bilər. Türkiyə parlamentində kimlər "yer qazandı"?
Cənab Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyət ittifaqının 600 yerlik parlamentdə səs çoxluğu ilə üstünlüyü əldə etdiyini deyib. "Türkiyə bütün dünyaya demokratiya dərsi verib", - o deyib.
Dövlət xəbər agentliyi olan Anadolu parlament seçkilərinin nəticələrinin 99%-i sayıldığı zaman AKP-nin özünün 42%, ittifaq üzvü MHP-nin 11% səs topladığını bildirib. Ana müxalifət olan CHP isə 23% səs toplayıb. Kürd seçiciləri məmnun edəcək nəticə isə kürd tərəfdarı olan HDP-nin parlamentə daxil ola bilmək üçün 10%-lik minimal həddini keçməsi olub. HPD 67 millət vəkili ilə parlamentdə ikinci ən böyük müxalifət fraksiyası olacaq. Nəticələr bəlli olanda kürdlərin sıx məskunlaşdığı Diyarbəkir bölgəsində atəşfəşanlıq keçirilib. Partiya lideri və prezidentliyə namizədi olan Səlahettin Dəmirtaşın terror ittihamları ilə həbsxanada olmasına baxmayaraq, uğur əldə edib. Dəmirtaş ittihamları qətiyyətlə təkzib edir.
24 iyun bazar günü Türkiyə 13-cü prezidentini və 27-ci çağırış millət vəkillərini seçmək üçün seçkiyə gedib. Anadolu Agentliyinin xəbərinə görə, səslərin 99 faizindən çoxu açıqlanıb. Seçkilərin hələ rəsmi olmayan nəticələrinə görə, Rəcəp Tayyip Ərdoğan səslərin 52,5%-ni qazanaraq yenidən prezident seçilib. Prezidentlik yarışında Ərdoğanın rəqibi olan CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə səslərin 30,6%-nı yığıb. Həbsdə olan prezidentliyə namizəd Səlahəttin Dəmirtaş 8,3, Meral Akşener 7,3, Təməl Karamanoğlu 0,8 və Doğu Perinçek 0,2 % səs toplayıb.

Bu xəbər oxundu
- - -