Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vəliyulla Novruzun “Görmədiyim yuxular”

10.07.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yağan yağışları duzdu elə bil,
Tökülən dolusu buzdu elə bil
Kədərə bürünmüş qızdı elə bil
Bu bahar nə yaman üşütdü məni...
Bu misralar tanınmış şair Vəliyulla Novruzun “Bu bahar nə yaman üşütdü məni” şirinin bir bəndidir.

Həsrətdən elə yıxıldım
gücüm çatmadı qalxım
Canımdan çıxan ruhun
laylasın kimə çaldırım?
Kədərim döyür qapımı
Qəlbimin təpəri yoxdur
Sığınmışam ümüdümə
Tanrının xəbəri yoxdur.
Əslində şair Tanrının diqtəsindən, nəzərindən uzaq deyil, yaradanın himyəsindədir. Lakin şair təxəyyülünün, şair fəhminin, şair müşahidəsinin və ifadəsinin qeyri dəqiqliyi də deyil bu. Ətrafın ağrısın içində yaşadan, içindən keçirən, ruhuna hopduran ilahinin verdiyi istedadın məhsuludur bu deyimlər.
Şirin iç dünyasının dərinliyi onun bütün yaradıcılığı boyu hiss olunmada. Hələ çox illər şair öz iç dünyasının dərinliyinə baş vuracaq, hissindən, duyğusundan keçirdiklərini misralarka daraqlayacaq və bizlərə ötürəcək. Hələ ki:

Öz içimə gedən yolun
Sonuna çata bilmədim...
-deyir və onun getdiyi ədəbi yolun rəngarəngliyini, zənginliyini şeirlərinin bələdçiliyi ilə oxucuları da izləməkdə.
Şairin içində bir nisgil də var. Ötənlərə qayıtmaq, yaddaşın alt qatında qalan, zaman keçdikcə ancaq xatirələrin kğməyi ilə yaşanan, amma heç vaxt unudulmayan bir nisgil, acı və eyni zamanda təəssüf hissi;
Gəlib köhnə “Yurd yerinə”
bir tonqal çata bilmədim, - etirafı...
Bütün bunlar Cəlilabadda yaşayan şairin yubiley tədbiri və eləsədə yenicə işıq üzü görən “Görmədiyim yuxular” kitabında özünə yer tapıb. Elə adı çəkilən kitabın da təqdimatı və eyni zamanda şairin 60 illim yubileyi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda qeyd edildi.
Uun müddət yaddaşlardan silinməyəcək, səmimiyyəti ilə fərqlənən yubiley tədbirinə şairin qələm dostları və oxucuları qatılmışdı. Tədbir boyu şairin yaradıcılığından gətirilən nümunələr İyunun qızmar istisində tədbirə toplaşanların hər birinin qəlbinə bir sərinlik çilədi. 60 yaşlı yubiliyarın şeirlərindən yaz yağışı kimi ruhlara çilənən bu sərinlik şairin şeirlərinin sehrindən idi, desək, yanılmarıq.
Möhtəşəmliyi və səmimiyyəti ilə yadda qalan tədbirdə giriş sözü ilə Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov çıxış etdi. O, bir vaxtlar tələbəsi olmuş şairin yaradıcılığının məzziyyətlərindən bəhs etdi, Vəliyulla Novruzun çağdaş poeziyamızdakı önəmli yerlərdən birini tutduğunu, şairin yaradıcılığının özünəməxsus olmasından ətraflı danışdı.
Şairin tələbə yoldaşı Professor İsmayıl Kazımov Vəliyulla Novruzun gənclik illərindən, tələbəlik həyatından, doğulduğu kənddən söz açdı. Yaradıcılığına xususi önəm verdi.
Vəliyulla Novruzun yaradıcılığına müraciət etmiş haqqında geniş məqalərə yazmış Professor Qurban Bayramovun da çıxışı yadda qalan oldu. O, Vəliyulla Novruzun yaradıcılığından nümunələr gətirdi, şairin bundan sonra da eyni ruhla yazıb yaratmasını arzu etdi.
“Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli şairin yaradıcılığının təbiətlə həmahəng olmasından, şairin yaradıcılığında geniş əks olunan payız lövhələrindən bəhs etdi.
Tədbirdə çıxış edən şair Oqtay Rza, Oqtay Zəngilanlı, Əfraim Abbas, Qəşəm Nəcəfzadə, Faiq Balabəyli, Tahir Aslan, şairin tələbə yoldaşı, filologiya üzrə fəlsəfə doktoru Nurudə Novruzova Vəliyulla Novruzun yaradıcılığından, şəxsiyyətindən, poeziyası ilə xarakterinin bir birini tamamlanmasından bəhs etdilər, şairə yaradıcılıq uğurları arzuladılar.
Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu.
Tural Balabəyli

Bu xəbər oxundu
- - -