Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağ münaqişəsi kifayət qədər uzanıb”

12.07.18, 9:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Mənim fikrimcə, sözdə dost Ermənistandan fərqli olaraq, Azərbaycanın Moskvadan dəstək alması üçün böyük şansları yaranıb”. Bunu rus konfliktoloq Yevgeni Mixaylov deyib. O bildiribki, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər uzanıb və dünya ictimaiyyəti problemin sülh yolu ilə həllində qarant olaraq, bu məsələdə müəyyən edilmiş, müsbət nəticələr əldə etməlidir. Yevgeni Mixaylova görə, Azərbaycanın qətiyyətli mövqeyi diqqətəlayiqdir: “Azərbaycan Ermənistandan fərqli olaraq özünü daha diplomatik və səbirli aparır, hansı ki, bu məsələni kimsənin qərarından asılı olmayaraq, hərbi yolla həll edə bilərdi. Bakı qarantların fikirlərinə hörmət edir, lakin bu səbrin sonu da ola bilər. Bunu hər kəs başa düşür, o cümlədən Rusiya da. Moskva yaxşı bilir ki, Paşinyan hazırda Rusiyaya qarşı aqressiv siyasət aparmasa da, onun atdığı bütün addımlar Ermənistanın rusofob siyasətinə doğru istiqamət götürüb. NATO ilə əməkdaşlıq ətrafında başladılan danışıqlar, Gümrüdəki hərbi bazanın ölkədən çıxarılmasına yönəlmiş davamlı mitinqlər Şimalı daha çox qayğılandırmağa başladıb. Bundan əlavə, Paşinyan hökuməti Rusiyaya və rusa aid olan hər şeyə açıq-aşkar nifrət edən insanları yüksək vəzifələrə təyin edir. İstər kiril əlifbasına qarşı açıq çıxışlar edən təhsil naziri olsun, istər vaxtilə Rusiya səfirliyini yumurta atəşinə tutmuş və hazırda dövlət nəzarəti rəhbəri vəzifəsini tutan şəxs olsun”. Ekspertin sözlərinə görə, məhz bu kimi faktlar yaxın gələcəkdə Moskva ilə Bakı arasındakı münasibətləri daha da istiləşdirə bilər. Rusiyalı ekspert əslində “məxməri inqilabların” hansı fəsadlar törətməsinə də diqqət çəkib. “Ermənistan Kremllə münasibətdə daha da uzaqlaşır və unudur ki, “məxməri inqilablar” Ukraynada, Yaxın Şərq ölkələrində hansı problemlərin yaranmasına səbəb olmaqdadır”-deyə qeyd edən Mixaylov həminin vurğulayıb ki, bütün bunların qarşısında Azərbaycan stabildir və bütün fəaliyyəti ilə dünya arenasındakı müxtəlif məsələlər baxımından Rusiyanın mövqeyinə dəstək verir. Bütün bunlar isə mühüm faktorlardır və gec, ya da tez işğal olunmuş ərazilərinin tarixi bərpasına doğru istiqamət alıb”.

Bu xəbər oxundu
- - -