Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tereza Mey müzakirələrə müsbət yanaşır

12.07.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənən sammitini alqışlayıb. Deyib ki, bu görüşdən NATO və Moskva arasında konflikt riskini azaltmaq üçün istifadə olunmalıdır. Azadlıq radiosu xəbər verir ki, iyulun 11-də axşam NATO liderləri birgə nahar ediblər. Həmin gün Tramp ilə Avropa liderləri arasında ziddiyyətlər yaşanmasına baxmayaraq, Mey iyulun 16-na planlaşdırılan Putin-Tramp sammitinə müsbət yanaşdığını bildirib.
Mey nahar zamanı Moskvanın məkrli fəaliyyətindən də söz açıb. Qərbdə Kremllə əlaqələndirilin kiberhücumlara, Britaniya torpağında rusiyalı keçmiş casusun Sovet ittifaqında hazırlanmış sinir qazıyla zəhərlənməsinə toxunub. Zəhərlənmə insidentindən sonra London-Moskva münasibətləri gərginləşib. Ancaq Mey naharda deyib ki, Rusiyayla vahid və güclü mövqedən işləməlidirlər, Rusiyanın davranışında nəyi düzəltməli olmasını da aydın şəkildə bildirməlidirlər. Tramp bundan öncə NATO müttəfiqlərini, özəlliklə də, Almaniyanı ittiham edib, onların müdafiə xərcləri ilə bağlı öhdəliklərinə əməl etmədiklərini vurğulayıb.

Bu xəbər oxundu
- - -