Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Brüssel sammiti Ermənistan üçün növbəti tərs sillə oldu”

13.07.18, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dünya birliyi bir qayda olaraq ciddi, nüfuzlu fəaliyyəti ilə dünyada stabilliyi möhkəmləndirən ölkələrə üstünlük verir. Təbii ki, Ermənistan barəsində bunu danışmaq olmaz”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi dünya birliyində müəyyən bir ümid doğurmuşdu ki, o Koçaryan, Sarkisyan cinayətkar rejimindən fərqli hümanist bir hakimiyyət qura biləcək: “Amma göründüyü kimi o hakimiyyətə gələndən sonra öz oğlunu qonşu dövlətin işğal etdirdiyi torpağa hərbi xidmətə göndərməsi, Dağlıq Qarabağ probleminin həlli üçün heç bir iş görməməsi, qonşu dövlətlərlə münasibətlərin qurulması üçün hər hansı bir addım atmaq niyyətində olmadığını ortaya qoydu. Həmçinin onun Ermənistanın inkişafı üçün Avropa Birliyindən 70 milyon istəməsi belə göstərir ki, Avropa Birliyi, NATO Paşinyanın pul kisəsi rolunu oynamaq fikrində deyil. Paşinyanın dünyanı onu “qəhrəman” kimi qarşılayacağı ideyası da baş tutmadı.
Dünya ayaq üstdə durmağı bacaran, öz resursları hesabına iqtisadiyyatını gücləndirən, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeridən stabilliyə öz töhfəsini verən dövlətlərə hörmətlə yanaşır. Necə ki, biz bunu Azərbaycanla münasibətdə görürük. Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev Brüsseldə yüksək səviyyədə qarşılandı, ölkə başçımızın ABŞ prezidenti ilə görüşü təşkil edildi, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sazişi imzalandı. Brüssel sammiti əslində tək Pşainyan üçün deyil, Ermənistan üçün növbəti bir tərs sillə oldu”.

Bu xəbər oxundu
- - -