Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan prezidenti İran səhiyyə nazirini qəbul edib

13.07.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Həsən Qazizadə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.
Dövlət başçısı isə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd edib ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib. Dövlət başçısı İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Bu xəbər oxundu
- - -