Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putindən sonrakı prezident deyiləndə...

16.07.18, 10:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2024-cü ildə Rusiya Prezidenti Vladimir Putinin səlahiyyət müddəti başa çatır. Hazıra 66 yaşı olan Kreml rəhbərinin 6 il sonra 72 yaşında bu postda yenidən oturmayacağı ilə çoxları həmfikirdir.
Bunu açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin üzvü, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, Konstitusiya da ona 2024-cü ildəki seçkilərdə iştirak imkanını tanımır:
“Hakimiyyət dəhlizlərində indidən əsas qanuna dəyişiklik edilib Putinin prezidentlik yolunun açılması məsələsi müzakirə edilsə də, o, bundan qətiyyətlə imtina edir. Mart ayında “NBC” kanalına müsahibə verən Kreml rəhbəri prezidentlik yolunu açmaq üçün Konstitusiyanı dəyişdirməyəcəyini bildirdi. Putin 2008-ci ildə də 2 dəfə seçilmə problemi ilə üzləşən zaman əsas qanunu dəyişdirməmişdi. Əvəzində Dmitri Medvedevi öz yerində otdurub özü “Hökumət evi”indən Kremli idarə etdi. 2012-ci ildə Medvedev də sədaqət nümayiş etdirərək, Putinə maneçilik törətmədi. Əvəzini faktiki olaraq “dövlətin ikincisi” adını qazandı. Medvedev hazırda Rusiyada Putindən sonra ən güclü fiqurdur. Ancaq onun Putindən sonra Rusiyanı əldən saxlamaq iqtidarında olmadığını etiraf etməkdə də fayda var. Putin özü də hələlik varis seçə bilmədiyini müsahibələrində etiraf edib. Bu zaman isə təbii olaraq “bəs nə olacaq?” sualı rus elitasını çox düşündürür və əlavə intriqalara yol açır”.
Bununla belə, Z.Əmrəliyev qeyd edib ki, Putindən sonrakı prezident deyəndə ilk ağıla gələn məhz Dmitri Medvedev olur:
“Zənnimcə, Putin yerini Medvedevə verəcək. Ancaq hakimiyyəti ona tamamilə güzəştə getməyəcək. Putinin özündən sonranı müəyyən edərkən post-Stalin dövrünü örnək götürməsi mümkündür. Belə ki, Stalin vəfat etdikdən sonra baş katib kürsüsünə Nikita Xruşşov oturdulsa da əsas hakimiyyət Mixail Suslov başda olmaqla partiya qrupunun əlində idi. Sonda bu qrup sözə baxmayan Xruşşovu daha təcrübəli və güclü Leonid Brejnevlə əvəz etdi. Bu baxımdan ola bilsin ki, Putindən sonra dövlətin başında Medvedev əyləşsin, ancaq əsas söz sahibi o deyil, hakimiyyətdaxili qruplar olsun”.
Siyasi şərhçinin fikrincə, bu vəziyyət Rusiya siyasi həyatında çox təhlükəli olan siyasi qruplaşmaya gətirib çıxara bilər:
“Bunun üçün ən ideal variant Putinin “iqdidar tortu”nun yarısını Medvedevə, yarısını isə daha etibarlı və təcrübəli olan “Vahid Rusiya” Partiyasındakı ənənəvi partiya qrupuna verməsi ola bilər. Belə olduqda həm dövlət bir mərkəzdən idarə olunacaq, həm də Medvedevə nəzarət mexanizmi mövcud olacaq”.

Bu xəbər oxundu
- - -