Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənubi Qafqaz regionu hazırda çox təhlükəlidir”

16.07.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Cənubi Qafqaz regionu hazırda çox təhlükəlidir. Bu gərginliyi nəzərə alaraq Tramp və Putin Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar". Bu sözləri politoloq Tofiq Abbasov Putin və Trampın Helsinkidə keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. Ekspertin fikrincə, liderlər beynəlxalq gündəliyin ağrılı nöqtələrini müzakirə edəcəklər və bu mənada böyük ehtimal var ki, onlar Qarabağ problemi ilə bağlı fikirlərini bölüşəcəklər. "Bu gün Dağlıq Qarabağdakı vəziyyət arzuolunmazdır. Paşinyanın rəhbərlik etdiyi Ermənistan Azərbaycanın planları ilə razılaşmır, kompromis üçün göstərilən bütün variantları rədd edir. Bununla yanaşı, Yerevan təmas xəttinə diversiya qrupu göndərərək, təxribatları davam etdirir", - T.Abbasov əlavə edib.
O hesab edir ki, tərəflərin bir-birini dinləməyə hazır olmasından çox şey asılıdır. "Sözsüz ki, görüşdə Ukrayna ətrafında məsələ ikinci plana keçəcək. İndi Moskva və Vaşinqton bəzi maneələri aşmağa və xüsusilə mühüm məsələlərdə əməkdaşlıq üçün həll axtarmağa qərarlıdırlar", - o deyib. Politoloq əlavə edib ki, bu gün Amerika kompromisə getməyə hazırdır: "Sirr deyil ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki siyasətinin vektorunu dəyişdirir, demək olar ki, onu yumşaldır. Bir vaxtlar Barak Obamanın dövründə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən Amerika bu gün onun hakimiyyətdə saxlanılmasının mümkünlüyünü qəbul edir. Bütün bunlar o deməkdir ki, Amerika kompromisə getməyə hazırdır", - ekspert qeyd edib.

Bu xəbər oxundu
- - -