Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin Rusiyanın xilası üçün onu qurban verəcək?

16.07.18, 12:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rusiyanın Edvard Snoudeni ABŞ-a verməyə hazır olduğu barədə deyilənlər həqiqətə uyğun deyil”. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Russian Today” telekanalının saytında dərc edilmiş müsahibəsində bildirib. “Qətiyyən həqiqətə uyğun deyil. Bu barədə söhbət belə gedə bilməz. Belə sazişlər tamamilə yersizdir”, - Peskov deyib.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) elektron izləmə proqramları haqqında sənədləri KİV-ə ötürüb. O, 2013-cü ilin iyununda Birləşmiş Ştatlardan Honkonqa qaçıb, oradan isə Ekvadora getmək üçün Moskvaya uçub. Ancaq ABŞ hakimiyyəti onun pasportunu ləğv etdiyi üçün Rusiyada qalmalı olub.
Snouden 2014-cü ildə Rusiyada üç il yaşamaq üçün sənədi alıb. CİA-nın sabiq əməkdaşına Rusiyada yaşamaq üçün verilən sənədin müddəti 2017-ci ildə 2020-ci ilə qədər uzadılıb. Son günlər yayılan xəbərlərə görə, Rusiya ABŞ-la münasibətlərini normallaşdırmaq naminə Snoudeni ABŞ-a verməyə hazırdır.

Bu xəbər oxundu
- - -