Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanı təcrid etmək alınmadı – Putin səbəblərini açıqladı

17.07.18, 9:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Beynəlxalq səhnədə Rusiyanı təcrid etmək cəhdləri müvəffəqiyyətsizliyə uğradı.
Bu haqda Rusiya lideri Vladimir Putin “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatı və qlobal təhlükəsizlik sahəsində Rusiyanın əhəmiyyəti ilə əlaqədar bu cəhdlərin müvəffəqiyyətli olması üçün şanslar yox idi.
“Siz görürsünüz ki, bu səylər müvəffəqiyyətlə nəticələnmədi. Rusiyanın qlobal təhlükəsizlik və iqtisadiyyatda, ən azından enerji sahəsində əhəmiyyətini nəzərdə tutaraq, bu cəhdlər müvəffəqiyyətlə nəticələnə bilməzdi”, - Putin deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb ki, ABŞ və Rusiya, dünyada ən böyük nüvə dövlətləri olaraq bir-biri ilə yola getməlidir.
Onu da qeyd edək ki, müsahibədə diqqətçəkən məqamlardan biri də Putinin siyasi müxaliflərinə qarşı davranışı olub.
Ona sual verilib: “Niyə prezident Vladimir Putinə qarşı çıxış edən adamlar birdən-birə ölü taplır? Sergey Skripal hücuma məruz qaldı, Anna Politkovskaya öldürüldü. Putinin siyasi opponenti olan adamlar niyə belə hücumlara məruz qalır?”
Cavab: “Birincisi, bizim hər birimizin siyasi əleyhdarları var. Prezident Trampın da çox sayda siyasi əleyhdarları var, ümumiyyətlə, dövlət xadimi olan istənilən adamı götürün”.
Müxbir bildirib ki, amma onlar sağdır.
Putinin cavabı belə olub: “Həmişə yox. Sizdə məgər prezidentləri öldürməyiblər? Bunu unutmusuz? Kennedini harada öldürüblər, Rusiyada yoxsa ABŞ-da? Kinqin başına nə gəlib? Polislə əhali arasındakı toqquşmalarda nələr baş verir? Bütün bunlar bizdəmi olur? Sizdə baş verir. Sizin də çox sayda öz probleminiz var. O ki qaldı Rusiyadakı kriminal, təəssüf ki, bu var. Biz bununla mübarizə aparırıq və bunu törədənləri məsuliyyətə cəlb edirik. Siz Skripalla bağlı dediniz. Biz istəyirik ki, sənədləri bizə də versinlər. Amma heç kəs konkret nəsə demir. Həmçinin də ABŞ-dakı siyasi proseslərə təsirlə bağlı bircə sənəd də verilməyib. İndi də eşidirik ki, 2 nəfər kimyəvi maddə ilə xəsarət alıb. Amma mən onların soyadını belə eşitməmişdim. Bunlar kimdir, niyə xəsarət alıblar, nə səbəbə?”

Bu xəbər oxundu
- - -