Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bir gün uğur sizin də qapınızı döyə bilər”

20.07.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabi Himsos : “Azərbaycanda eko-sistemin inkişafı üçün daha çox iş görülməlidir “

Baku Business Factory (BBF) ilə əməkdaşlıq edən "Senior Expert Services" (SES) şirkətinin eksperti Qabi Himsos təşkilatın Almaniya Xarici Ticarət Palatasına göndərdiyi müraciətə əsasən Bakıda üçhəftəlik işgüzar səfərdədir.
Səfərin məqsədi BBF-də olan startaplarla fərdi və qrup şəklində görüşlər keçirmək, onlarla Almaniya təcrübəsini paylaşmaq və startapların alman şirkətləri ilə əlaqələrinin yaradılmasına kömək göstərməkdir.
Bununla yanaşı, qonaq Almaniyada əməkdaşlıq etdiyi biznes inkubasiya mərkəzləri ilə BBF arasında əlaqə yaratmaqla onun rezidentlərinin Almaniya bazarına daxil olmasına yardım edəcək.
Qabi Himsosun "APA-Economics"ə müsahibəsini təqdim edirik.

- Bu yaxınlarda Baku Business Factory-də oldunuz. Səfərlə bağlı təəssüratlarınız necədir?

- Təəssüratım çox yaxşıdır. Ofisin parlaq və mehriban mühiti var. BBF gənc sahibkarlara biznesin təməlini qoymaq üçün geniş imkanlar yaradır və bu, çox gözəldir, çünki çox vaxt bu sahibkarlar ofis məkanının dəyərini ödəyə bilmirlər və ya qeydiyyatdan keçmək, işlərini daha da genişləndirmək üçün yetərincə məlumata sahib deyillər. Bunlar yeni sahibkar üçün həqiqətən vacib məsələlərdir.
- BBF-də hansı startaplar diqqətinizi daha çox çəkdi?
- BBF-də startapların bir çoxu maraqlı idi. Məsələn, "Ticket set up", "Mr. Bee", "Balta", "Darts Games", "Keepmycoin", "Brandcream". Əslində, hər bir startap maraqlıdır, əsas olan onu cəlbedici şəkildə təqdim etmək və dinamikanı hiss etməkdir.
Azərbaycanda startapların inkişafına göstərilən diqqətdən məmnun qaldım.
- Almaniyada startap qeydiyyatı prosesi haqqında bizə məlumat verə bilərsinizmi?
- Ən başlıca Industrie und Handelskammer-ə (eynilə Bakıdakı AHK) getmək lazım olur. Onlar nə edəcəyinə dair təlim və məsləhət verirlər. Almaniyada da bir çox startap mərkəzi var. Onlar da yeni sahibkarları təlimlər və otaqlarla təmin edirlər. Məsələn: https://www.rtz.de/home.html, or https://m.frankfurt-main.ihk.de/english/business/t...
Başlanğıcda, kommersiya ofisinə qeydiyyatdan keçməli, vergi ofisi və ticarət birliyinə məlumat verməlisiniz. Xüsusi razılıq tələb edən bəzi kommersiya fəaliyyətləri var. Məsələn, elektriklə işləmək, restoran açmaq, sosial və sağlamlıq sahəsində işləmək və s. Ticarət bürosu və İHK sizə məlumat verəcək.
- Azərbaycanda gənc sahibkarın startap layihəsində uğur əldə etməsi üçün daha çox nəyə ehtiyacı var?
- Onlar daha çox işlərə və gələcək planlarına yönəlməlidirlər. Onlar necə etməli və necə başlamalarına dair daha çox məsləhətləşmələrə ehtiyac duyurlar. İdeyanın nə dərəcədə real olduğuna diqqət edin. Onların biznes ideyası haqqında gələcək perspektivləri ilə məşğul olun. Biznes plan hazırlayın, ən pis və ən yaxşı vəziyyəti hesablayın.
Onlar uğursuzluqla üzləşə biləcəkləri ehtimalının olduğunu bilməlidirlər, eyni zamanda heç vaxt geri çəkilməməli və ideyalarını reallaşdırmalıdırlar. Çünki bir gün uğur sizin də qapınızı döyə bilər.
Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycanda eko-sistemin inkişafı üçün daha çox iş görülməlidir.
- Bakını turizm üçün necə görürsünüz?
- Bakı turizm üçün həqiqətən maraqlıdır. Şəhərdəki təmizlik heyrətamiz idi. Gözəl bulvar, yaşıllıq və bitki ilə bir çox park və istirahət yerləri. Metro və avtobus dayanacaqlarında orientasiya mənə qəliz gəldi. Onlar əsasən Azərbaycan dilindədir.
- Hansı təşkilatlarla görüşdünüz və nə cür təəssüratınız oldu?
- Bakıda nazirliyin nümayəndəsi və onun həmkarı ilə görüşdüm. Onlar bütün alman biznes bilikləri ilə çox maraqlandılar. Sanki biz yeni bir yola çıxmaq istəyirik və indi başlamağa hazırıq. Həmçinin ADA Universitetinin tələbələri ilə görüşdüm. Onlar hamısı sahibkar olmaq üçün lazımi məlumat əldə etməkdə çox maraqlıdırlar.

Bu xəbər oxundu
- - -