Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sergey, narahat olmayın, o, “qırmızı xətt”i keçməyəcək”

08.08.18, 7:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“2008-ci ildə rəsmi Vaşinqton Dövlət Departamentinin sabiq başçısı Kondoliza Raysın diliylə dəfələrlə Rusiyanı inandırırdı ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyada hərbi münaqişəyə başlamaq barədə qərar verməyəcək. 2008-ci ilin avqustundan sonra etiraf etdilər ki, o bütün vədləri pozdu”.
Bunu nəqliyyat, ekologiya və təbiəti mühafizə məsələləri üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi, 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasındakı “beşgünlük müharibə” zamanı baş nazirin müdafiə-sənaye kompleksi üzrə müavini, daha əvvəl müdafiə naziri vəzifəsini tutan Sergey İvanov “Kommersant” qəzetinə bildirib.
“İndi açıq deyə bilərəm ki, Kondoliza Rays ABŞ-ın dövlət katibi olaraq, bütün qeyri-rəsmi söhbətlər zamanı mənə deyirdi: “Sergey, narahat olmayın, o, “qırmızı xətt”i keçməyəcək”, - İvanov nəşrə danışıb.
Onun sözlərinə görə, Qərb ölkələri müharibənin başlanmasında Saakaşvilinin gunahkar olduğunu anlayırdılar.
Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib ki, Kondoliza Rays bu məsələdə amerikalıların günahsız olduğunu bildirirdi. Onun sözlərinə görə, dövlət katibi şəxsi söhbətlərdə bildirdi ki, bu, Saakaşvilinin təşəbbüsü idi və o müharibənin gunahkarı oldu.
O həmçinin vurğulayıb ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması heç vaxt Gürcüstanı NATO-ya buraxmamaq arzusuyla bağlı deyildi.
“Əgər ABŞ və onun NATO üzrə müttəfiqləri, hətta Gürcüstanı Abxaziya və Cənubi Osetiyasız NATO-ya qəbul etməyi mümkün saysaydılar, mən sizi inandırıram ki, onlar bunu asanlıqla edərdilər”, - o deyib.
İvanov vurğulayıb ki, NATO Gürcüstanı qəbul edərsə, onda ittifaq Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanınmalı olacaq.
Xatırladaq ki, keçmiş Sovetlər Birliyi dağılandan az sonra Cənubi Osetiya Abxaziya ilə birgə Gürcüstandan ayrılaraq müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyanı geri almaq üçün başlatdığı hərbi müdaxilə Rusiya ilə Gürcüstan arasında müharibəyə səbəb olub.
Müharibədən qalib ayrılan Rusiya dərhal sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını açıqlayıb. Ancaq rəsmi Moskvanın bu qərarı beynəlxalq birlik tərəfindən dəstəklənməyib.

Bu xəbər oxundu
- - -