Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri Türkiyədə

08.08.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdədir. Bu barədə Dini Qurumlara İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Səfərin məqsədi Türkiyə Diyanət Vəqfi və Mənəvi Dəyərlərin Təbliği Fondu arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, təcrübə mübadiləsinin aparılması, eyni zamanda, bu istiqamətdə digər faydalı görüşlərin keçirilməsidir.
Avqustun 11-dək davam edəcək səfər çərçivəsində ilk görüş Türkiyə Diyanət Vəqfində baş tutub. Görüşdə Vəqfin müxtəlif şöbələrinin məsul şəxsləri qurumun strukturu və fəaliyyət istiqamətləri haqqında məlumat verib, mənəvi dəyərlərin qorunması, təbliği sahəsində əməkdaşlığın önəmini vurğulayıblar. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru bildirib ki, qurumun başlıca fəaliyyəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində Fond tərəfindən həyata keçirilən tədbirlər, planlaşdırılan layihələrdən söz açıb. Həmçinin iki qurumun əməkdaşlıq üçün geniş potensialının mövcudluğunu diqqətə çatdırıb.

Bu xəbər oxundu
- - -