Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan yığması üçüncü yeri tutub

20.08.18, 8:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda kişi və qadınlar arasında keçirilən mas-reslinq üzrə Avropa çempionatına yekun vurulub.
Sonuncu yarış günündə kişilər arasında 70, 90, 105 kiloqram və 125 kiloqramdan yuxarı, qadınların yarışında isə 65 və 85 kiloqram çəki dərəcələrində qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Son yarış günü idmançılarımız 6 medal qazanıblar. Medallardan 2-si gümüş, qalanları bürüncdür. Belə ki, kişilərin mübarizəsində 70 kiloqram çəki dərəcəsində yarışan Rövşən Xəlilov komandamıza bürünc medal qazandırıb. Usif Nurullayev və Xaym Orucov 90 kiloqram çəki dərəcəsində müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. 125 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Camal Feyziyev isə yalnız finalda rusiyalı Viktor Kolibabçuka məğlub olaraq turniri gümüş medalla başa vurub.
Qadınların yarışında isə Günel Vəliyeva (65 kq) və Mətanət Həsənova (85 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Yığmamız turniri, ümumilikdə, 14 medalla (3 gümüş, 11 bürünc) başa vurub. Komanda hesabında isə Rusiya birinci (128 xal), Macarıstan ikinci (89 xal), Azərbaycan üçüncü (79 xal) yerdə qərarlaşıb.
Xatırladaq ki, iki gün davam edən mas-reslinq üzrə Avropa çempionatında Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Macarıstan, Slovakiya, Finlandiya, Rusiya və Fransadan 100-ə yaxın idmançı iştirak edib. Azərbaycan bu idman növü üzrə qitə miqyaslı turnirdə 36 atletlə təmsil olunub.

Bu xəbər oxundu
- - -