Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yarım ildə 64,7 min daimi iş yeri açılıb

20.08.18, 9:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yeri yaradılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin birinci yarısında isə ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 25 faizi Bakının, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, birinci yarımildə ölkədə 22,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 74 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Bu xəbər oxundu
- - -