Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həsənov şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib

21.08.18, 8:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir ki, Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət edib. Ulu Öndərin layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib, ölkəmiz islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanıb.
Qeyd olunub ki, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən atılan inamlı addımlar sayəsində ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb. Ordumuzun 2016-cı ilin aprelində Dağlıq Qarabağda, cari ilin mayında Naxçıvanda keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində ərazilərimizin bir qisminin düşmən işğalından azad olunması və Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar möhtəşəm hərbi paradın keçirilməsi bu qüdrətin bariz nümunəsidir.
Nazir əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaq.

Bu xəbər oxundu
- - -