Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə öz suverenliyini müdafiə etmək məcburiyyətindədir”

21.08.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Türkiyə ilə ABŞ arasında son vaxtlar bir sıra anlaşılmazlıqlar müşahidə edilir. Bura Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişindən başlayaraq, Tramp hökumətinin tətbiq etdiyi ən son sanksiyalar daxildir. Türkiyənin özünün alüminium istehsalçısı olmadığını nəzərə alsaq, Tramp Türkiyənim aldığı dəmir və alüminium üzərində rüsumu da artırır”. Bu fikirləri tarixçi, qafqazşünas Oleq Kuznetsov “Eurasia diary” portalına verdiyi müsahibədə bildirib. O deyib ki, vergi rüsumu Rusiyaya qarşı tətbiq olunduqda, bunu istehsalçıya qarşı sanksiyalar kimi qiymətləndirmək olar: “Lakin indiki halda, vasitəçi ölkənin istehsalçı ölkənin infrastrukturuna ciddi zərər verməyəcəyini nəzərə alaraq, ona qarşı məhdudiyyətlər tətbiq etmək cəhdi var. Beləliklə, burada iqtisadi baxımdan daha çox siyasi məzmun qabarır.
İlk növbədə Türkiyə Suriya istiqamətində müstəqil işlər aparır.
Hazırda Türkiyə öz suverenliyini müdafiə etmək məcburiyyətindədir. Yaranan vəziyyətdə Tramp Türkiyəni ABŞ və NATO-nun təsiri altına salmağa çalışır. Lakin hərbi-siyasi planların işə yaramadığını görüb, ABŞ iqtisadi yöndə təzyiqə əl atdı. Onu da qeyd edim ki, bu yalnız ilk baxışdan iqtisadi hücum kimi görünür”.
Onun sözlərinə görə, Türkiyə ABŞ-ı Çin və Cənub-Şərqi Asiyadan gələn avadanlıqlarla əvəz edə bilər: “Əlbəttə, Türkiyə ABŞ-a qarşı çox böyük kontr-sanksiya tətbiq edir. Ancaq Türkiyə Çin məhsulları ilə öz təhlükəsizliyini təmin edə biləcəyini sübut edərsə, subtropik zonada olan çox sayda ölkə Türkiyə nümunəsini təkrar edə bilər. Rəcəb Tayyib Ərdoğan Türkiyənin ən azı dörd ölkə – Çin, Rusiya, Ukrayna və İranla ticarət əlaqələrində dollardan istifadə etməyəcəyini bəyan etdi. Bunlar Türkiyənin xarici ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edən ölkələrdir.
Bu, bazarda dollar kütləsinin azaldılmasına və dolayısıyla dolların devalvasiyasına gətirib çıxaracaq. Bu da bir müddət Amerikanın pul çap edən dəzgahını dayandıra bilər. Lakin Türkiyənin bu qərarı ABŞ üçün əlverişli ola bilər.
Tramp özünün ilk prezidentlik dövründə xarici borcunu 1 milyard azaltmaq istəyini bildirmişdi. Dolların rədd edilməsi ABŞ-ın saxlayacağı və gizlədəcəyi sərbəst dollar kütləsinin formalaşmasına gətirib çıxara və sonra müəyyən bir anda yenə bazara çıxarıla bilər”.
O bildirib ki, hazırda Türkiyə NATO ilə bilərəkdən bəzi əlaqələrini kəsib müstəqil şəkildə hərəkət edir: “Ancaq bu günə qədər Türkiyənin hərbi sistemi NATO sisteminə tamamilə inteqrasiya olunub və Türkiyə hazırlıqsız şəkildə alyansı tərk edə bilməz. Çünki həmin anda Türkiyə beynəlxalq terrorçuların hücumuna məruz qala bilər. Buna görə də NATO-nun tərkibindən çıxmazdan əvvəl o, ilk növbədə öz müdafiə sistemini hazırlamalıdır.
Amerikanın Suriya münaqişəsində iştirakı həmçinin İraqdakı rolu danılmazdır... İndi Tramp ABŞ-ın maraqları baxımdan ağıllı, ancaq regional reallıqları nəzərə almayacaq qədər ağılsız bir siyasət həyata keçirir. O, regional siyasətində ABŞ və onun NATO-dakı müttəfiqlərinin təzyiqlərinə qarşı çıxa biləcək ölkələrin ittifaqını qurur”.

Bu xəbər oxundu
- - -