Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ticarət-sənaye sərgiləri mövsümü başlayır

27.08.18, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabr ayında Azərbaycanda “Iteca Caspian” və “Caspian Event Organisers” sərgi şirkətləri tərəfindən təşkil olunan ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. “Iteca Caspian”dan bildirilib ki, payız mövsümünün sərgiləri çərçivəsində iqtisadiyyatın qeyri-neft sektoru əhatə olunacaq və bu sərgilər Azərbaycanın dövlət strukturlarının dəstəyi ilə keçiriləcək.
Builki sərgi mövsümü öz işinə iki yeni sərgi – I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi “Gift&Promo Fair” və I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgiləri ilə başlayacaq. Hədiyyə sənayesinin özünəməxsus vitrini olan “Gift&Promo Fair” sərgisində geniş çeşiddə biznes və “VIP” hədiyyələri, reklam və təşviqat suvenirləri, eləcə də sevdikləriniz və dostlarınız üçün özəl hədiyyə seçimləri təklif olunacaq. “AdPrint” sərgisində isə reklam və çap sahəsində innovativ məhsul və xidmətlər nümayiş etdiriləcək. Hər iki sərgi sentyabrın 20-22-də “Boulevard Hotel Baku” otelində keçiriləcək.
Adıçəkilən tədbirlərdən sonra sərgi mövsümü öz işini III Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi ilə davam etdirəcək. Regionda silah və hərbi texnikanın nümayiş etdirildiyi ən böyük ekspozisiyalardan biri olan bu genişmiqyaslı sərgi müasir silah və texnikanın, habelə Azərbaycanın müdafiə-sənaye kompleksinin güc və qüdrətinin parlaq nümayişidir. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” şirkəti çıxış edir.
XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi “Education 2018”, XII Azərbaycan Beynəlxalq Karyera Sərgisi “Career 2018”, XXIV Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild Azerbaijan 2018”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo”, XI Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpaolunan Enerji Sərgisi “Aquatherm Baku”, XI Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi “CIPS”, IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi “Caspian Ecology” və XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel 2018”.
Beləliklə, Azərbaycanın paytaxtını daha bir zəngin sərgi mövsümü gözləyir. Sərgilər yeni şirkətləri cəlb edərək beynəlxalq əməkdaşlığın əsasını qoymaqla yanaşı, sənayedəki vəziyyəti təhlil etməyə və onun inkişaf təmayülünü izləməyə kömək edəcək və bazara yeni məhsulların çıxarılmasına şərait yaradacaq. Sərgilər köhnə əlaqələrin dəstəklənərək möhkəmləndirilməsi üçün əla platformaya, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yaradıldığı məkana çevrilib. Bu baxımdan, təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar. Sərgilər nüfuz baxımından da çox vacibdir, belə ki, sənaye sərgiləri iştirakçılara baxış olmaqla yanaşı, görülmüş iş və onun nəticələri barədə özünəməxsus hesabatdır.

Bu xəbər oxundu
- - -