Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib

28.08.18, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın tanınmış caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində dörd konsert və bir ustad dərsi keçirmək üçün səfərə başlayıblar.
Avqustun 22-30-u tarixlərində keçirilən konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq, səfirliyin təşkilatçılığı və dəstəyi ilə baş tutub.
Azərbaycan ifaçıları San Paulo şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçirərək, milli musiqi, onun müasir caz ilə simbiozu – caz muğam, milli musiqi alətlərimiz- xüsusən də tar - və onların istifadə qaydaları ilə tanış etmişlər. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin dərin tarixi kökləri, onun dünya mədəniyyətinə təsiri və verdiyi töhfə barəsində tədbir iştirakçılarına məlumat verilib. Sonra qonaqların sualları cavablandırılaraq yerli musiqiçilərlə bir neçə musiqi parçası birgə ifadə edilib.
San Paulo şəhərinin ən iri zallarından olan Pompei Tetatro da yerli auditoriya üçün açılış konserti keçirilib. Konserti Azərbaycan Respublikasının 100 illiyinə həsr olduğu çıxışı ilə başlayan musiqiçilərimiz, sonra milli və xarici caz və sənətkarların öz əsərləri ilə davam ediblər. Konsertə San Paulo şəhərində yerləşən diplomatik korpusun və şəhər meriyasının nümayəndələri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli televiziya tərəfindən lentə alınıb və mətbuatda geniş işıqlandırılıb.
24-25 avqust tarixlərində isə Kampinas və Buruqui şəhərlərində yerli auditoriya qarşısında növbəti konsertlər keçirilib. Ustadlarımız Prelude (İ Sarabski) Limping Stranger (İ Sarabski), Swan Lake (Chaykovski), Be Witched (R.Rogers), Planet (İ Sarabski), Crying waterfal (S.Imanov), The Edge (İ Sarabski), Novruz(İ Sarabski), G-Man (İ Sarabski) əsərləri ilə konsert iştirakçılarını sevindirib.
Sonuncu konsert isə avqustun 30-da Rio-de-Janeyro şəhərinin məşhur Blue Note konsert zalında keçiriləcək.

Bu xəbər oxundu
- - -